Dünyanı sarsıdacaq daha bir həmlə: qlobal iqtisadi böhran və genişlənmə ehtimalı artan böyük müharibə qapıdadır...

Dünyanı sarsıdacaq daha bir həmlə: qlobal iqtisadi böhran və genişlənmə ehtimalı artan böyük müharibə qapıdadır...

GÜNDƏM

Bugün, 15:04

Yəməndəki İran tərəfindən dəstəklənən Husi qruplaşması "Bab əl-Məndəb" boğazı ilə bağlı dünya iqtisadiyyatını Hörmüz boğazıtək sarsıədacaq yeni həmləyə hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qruplaşma  strateji əhəmiyyətə sahib olan "Bab əl-Məndəb" boğazından keçən ticarət gəmilərindən tranzit haqqı almağa hazırlaşır.

Bu barədə bəyanat yayan qruplaşma bildirib ki, yalnız Çin gəmilərinin bu vergidən azad etməyi düşünürlər.

Ekspertlər hesab edir ki, bu qərarın icrası qlobal ticarət xərclərini artıracaq, enerji daşınmalarına mənfi təsir göstərəcək və mahiyyət etibarı ilə dünya yeni böhranla üzləşəcək: "Husi və İraqdakı İran dəstəkçilərin son həftədən başlayaraq, Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası və üstəlik, Ər-Riyadın  neft bazalarına zərbələri də təsadüfi deyil. İran bununla ABŞ və ona təzyiq etməli olan dünyaya mesaj verir ki, "əgər mən bu bölgədə öz neftimi sata bilmirəmsə, heç kim sata bilməyəcək. Xüsusi ilə ABŞ-a İrana qarşı ühcumda dəstək verən ölkələrin hədəf oturdulması da bu mesajdan qaynaqlanır. Şübhəsiz ki, Husilər də İranın maraqlarlına xidmət edəcək məlum qərarı bu kontekstdən verirlər. Bu qərarın icras dünyanı böyük iqtisadi fəlakətə sürükləyəcək"

"Reuters"in təhlilinə görə, strateji əhəmiyyətli Bab əl-Məndəb boğazından keçən kommersiya gəmilərinə tranzit haqqının konkret nə vaxt tətbqi olunacağı bəlli deyil: "Ancaq bu qərar bölgədə həm də müharibəni daha da genişləndirəcək. Bu, şəksiz və mübahisəsiz məsələdir".

Xatırladaq ki, Bab əl-Məndəb boğazı dünya dəniz ticarəti üçün mühüm tranzit nöqtələrindən biridir.

Süveyş kanalını Hind okeanı ilə birləşdirən bu dar su yolu aşağıdakıları özündə birləşdirir:

- Avropa-Asiya ticarətinin əhəmiyyətli bir hissəsini,

- Neft və mayeləşdirilmiş təbii qaz daşınmalarını,

- Konteyner daşınmalarını,

- Qlobal təchizat zəncirlərinin böyük bir hissəsini.

Buna görə də boğazdakı hər hansı yeni böhran təkcə region ölkələrinə deyil, həm də Avropa, Asiya və ABŞ iqtisadiyyatlarına birbaşa təsir göstərir.

Samir MUSAYEV

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR