“Azərişıq”da "unikal təyinat"lar davam edir - Vüqar Əhmədov bu dəfə kimlərə etimad göstərib?

“Azərişıq”da \"unikal təyinat\"lar davam edir - Vüqar Əhmədov bu dəfə kimlərə etimad göstərib?

GÜNDƏM

Bugün, 13:05

“Azərişıq” ASC-də kadr dəyişikliyi olub.

Məlumata görə, bununla bağlı “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Fərid Nəcəfov vəzifəsindən azad olunaraq Masallı Elektrik Şəbəkəsinin rəisi təyin edilib.

Masallı Elektrik Şəbəkəsinin Barat Baratov isə vəzifəsindən azad edilərək Cəlilabad Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyin olunub/iqtisadiyyat.az.

Mia.az xatırladır ki, V.Əhmədov bundan əvvəl Qusar Elektrik Şəbəkəsinin rəisi Elxan Əliyev Xaçmaz Regional Elektrik Şəbəkəsinin sədr müavini vəzifəsinə təyin edib. O, digər əmrlə  Xaçmaz Elektrik Şəbəkəsinin rəisi Mahir Məmmədov onun yerinə göndərib.

Maraqlı budur ki, şimal zonasında kadr tampmayan V.Əhmədov Bakıda işləyən Fuad Budaqovu isə Xaçmaz Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyin exdib.

Ümumiyyətlə, bu qurmda çox ilginc təyinatıar da var.  Hətta elə rəislər var ki, audit yoxlamasında ciddi yeyintiləri olub, lakin o, sistemdən kənarlaşdırlmaq əvəzinə, daha yüksək vəzifəyə gətirilib.

Bu və ya digər faktlarla bağlı araşdırmamız olacaq.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR