“Space TV”nin bank hesablarına həbs qoyuldu: “Xalq Bank”a borc və... - TELEKANAL KİMİ İTTİHAM EDİR? (YENİLƏNİB)
PRESS
24.07.2026, 20:24
“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub.
Mia.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.
İş materiallarına əsasən, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ dolları məbləğində kredit xətti açılıb.
Bankdan bildirilib ki, şirkətin kredit öhdəliklərini vaxtında yerinə yetirməməsi nəticəsində 118 380,87 ABŞ dolları gecikdirilmiş əsas borc, 9 901,62 ABŞ dolları adi faiz və 12 030,57 ABŞ dolları penya olmaqla, ümumilikdə 140 313,06 ABŞ dolları borcu yaranıb.
“Xalq Bank” gələcəkdə qəbul oluna biləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədilə “Space TV”nin bank hesabları üzərinə həbs qoyulmasını istəyib.
Məhkəmə ərizəni qismən təmin edərək “Space TV”nin “Xalq Bank” istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən digər banklardakı hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulmasına qərar verib.
Qərara əsasən, tətbiq edilən həbs işçilərin əməkhaqlarının ödənilməsinə, eləcə də dövlət büdcəsinə vergi, sosial və digər zəruri ödənişlərin həyata keçirilməsinə məhdudiyyət yaratmır.
***
“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə həbs qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Telekanalın yaydığı məlumata görə, bəhs olunan 140 min 313,06 ABŞ dolları məbləğində borc 2021-ci ildə “Xalq Bank” ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə formalaşmış öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranıb.
“Belə ki, banka ən son ödəniş 2024-cü il yanvar ayının 19-da həyata keçirilib.
Bu öhdəliklərin vaxtında icra edilməməsinə görə bütün məsuliyyət 2023-cü ilin fevral ayından Space TV-yə rəhbərlik etmiş Vado Korovinin üzərinə düşür.
Keçmiş baş direktor Vado Korovin və o vaxtkı icraçı direktor Nəriman Abdul-Əliyev televiziya idarəçiliyi sahəsində peşəkar yanaşma nümayiş etdirmək əvəzinə, uzun illər formalaşmış televiziya idarəetmə prinsiplərindən uzaq bir idarəçilik modeli tətbiq etmiş, nəticədə kanal sistemli şəkildə zəiflədilmiş, peşəkar media qurumu kimi inkişaf etdirilmək əvəzinə qeyri-sistemli və xaotik idarəetmə yanaşmasının təsiri altında fəaliyyət göstərmişdir. Bu idarəçilik nəticəsində maliyyə intizamı pozulmuş, strateji inkişaf zəifləyib.
Bundan başqa, kanalın maddi-texniki bazası faktiki olaraq iflic vəziyyətinə salınıb. Balansda olan 24 xidməti avtomobildən cəmi 2-si işlək vəziyyətdə olub, avtomobillərin və texniki avadanlıqların təmiri və yenilənməsi illərlə həyata keçirilməyib, studiyalar baxımsız saxlanılıb, kanalın texniki infrastrukturu müasir televiziya tələblərindən geri qalıb.
Qeyd olunan dövrlər üzrə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı ilkin araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsinə uyğun olaraq qanunvericiliyin nəzərdə tutduğu bütün hüquqi addımlar atılacaq”.
Bununla yanaşı, ictimaiyyətin diqqətinə çatdırılıb ki, məhkəmənin qəbul etdiyi qərar müvəqqəti təminat tədbiridir və qərarın özündə də qeyd olunduğu kimi, bu tədbir əməkhaqqılarının ödənilməsinə, dövlət büdcəsinə vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə heç bir məhdudiyyət yaratmır. Space TV normal fəaliyyətini davam etdirir: “Hazırda kanalda genişmiqyaslı islahat proqramı həyata keçirilir. Qısa müddətdə 15 avtomobil əsaslı təmir edilərək yenidən istismara qaytarılıb, yeni pavilyonlar qurulub, müasir çəkiliş və yayım avadanlıqları alınıb, Naxçıvanda müxbir məntəqəsi yaradılmış, yeni sənədli və televiziya filmləri və xüsusi televiziya buraxılışları hazırlanıb, onlarla peşəkar kadr işə götürülüb. Eyni zamanda kanalın inzibati binasında və həyətində əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri görülmüş, müasir LED sistemləri və monitorlar quraşdırılıb. Hazırda “Space TV” proqram siyasətini tamamilə yenidən formalaşdırır. Sentyabr ayından etibarən tamaşaçılar yeni layihələr, yeni simalar və müasir televiziya məhsulları ilə qarşılaşacaqlar. Məqsədimiz Space TV-ni yenidən ölkənin aparıcı televiziya kanallarından birinə çevirmək, əvvəlki dövrdə buraxılmış ciddi idarəetmə səhvlərinin nəticələrini aradan qaldırmaq və tamaşaçı etimadını daha da gücləndirməkdir.
“Space TV” əmindir ki, əvvəlki dövrdən miras qalmış bütün maliyyə və hüquqi problemlər qanun çərçivəsində həll olunacaq, aparılan islahatlar isə kanalın inkişafını təmin edəcəkdir”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
TÜRKİYƏDƏ DAHA BİR TƏRİQƏT LİDERİ QANDALLANDI: arvadiyla birgə... + FOTOLAR
Bugün, 09:32 SİYASƏT
-
İspaniyada üç ardıcıl zəlzələ qorxu yaradıb
Bugün, 09:10 DÜNYA
-
"UltrAslan" azarkeş qrupunun lideri narkoman çıxdı - Testin nəticəsi bəlll oldu
Bugün, 09:01 İDMAN
-
Jurnalist Rasim Ozan Kütahyalı azadlığa buraxılıb
Bugün, 00:58 PRESS
-
Çempionlar Liqası: "Fənərbağça" heç-heçəyə razılaşdı
Bugün, 00:51 İDMAN
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu - TƏFƏRRÜAT
Bugün, 00:36 KRİMİNAL
-
İsrail Qəzzada kafeni bombalayıb - 5 nəfər ölüb, 12 nəfər yaralanıb
Bugün, 00:29 DÜNYA
-
"İranla hər hansı formada danışıqlar yoxdur və planlanmayıb da" - Trampdan daha bir iddialı mesaj
Bugün, 00:14 GÜNDƏM
-
Türkiyədə klub prezidentini döymək istəyiblər - FOTOLAR
Bugün, 00:12 İDMAN
-
RƏSMİ TEHRAN: "Siz boyunuzu aşan işə girişibsiz, ancaq palyaço tayfasının şapkadan dovşan çıxarmasınə gözləməyin..."
Bugün, 00:03 GÜNDƏM
-
Yunanıstanda güclü meşə yanğınları başlayıb
Bugün, 00:03 DÜNYA
-
Türkiyədə zəlzələ olub
18.08.2026, 23:50 GÜNDƏM
-
Azərbaycanın axtarışa verdiyi rusiyalı nazirin müşaviri vəzifədən istefa verdi
18.08.2026, 22:47 SİYASƏT
-
İran bu ölkəyə raket fırlatdı - Müdafiə Nazirliyi açıqladı
18.08.2026, 21:34 GÜNDƏM
-
TÜRKİYƏDƏ DEPUTAT BIÇAQLANDI - Siyasətçi tərəfindən + VİDEO/FOTO
18.08.2026, 21:23 GÜNDƏM
-
AAYDA sədri özünə daha bir müşavir götürüb - Agentlikdə şöbə müdirinin müavini imiş...
18.08.2026, 19:52 CƏMİYYƏT
-
Müəllimlərin işə qəbulu müsabiqəsi: vakansiya seçiminin nəticələri açıqlandı
18.08.2026, 18:53 GÜNDƏM
-
"Qalatasaray" Barış Alper Yılmaza 50 milyon avro qiymət qoyub
18.08.2026, 18:25 İDMAN
-
AYDA-da daha bir təyinat olub
18.08.2026, 18:07 CƏMİYYƏT
-
TRAMP ELƏ XƏRİTƏ PAYLAŞDI Kİ... - İran ABŞ liderinin "bura bizim torpaq olacaq" mesajına sərt cavab verdi: "Ya bu xəyalpərəst yanlışını düzəldəcək, ya da..."
18.08.2026, 17:59 GÜNDƏM
-
"Qırmızı Körpü" gömrük postunda 1030 avtomobil gözləyir
18.08.2026, 17:52 GÜNDƏM
-
Süleymancılar təriqəti ilə bağlı daha bir şok xəbər - Sabiq nazirin məzarı açılacaq
18.08.2026, 17:35 SİYASƏT
-
Azərbaycan CNN-ə qarşı iddia qaldırıb - Səbəb
18.08.2026, 17:32 PRESS
-
Mətbuat Şurasının üzvü "Beynəlxalq Media və Kommunikasiya Mükafatı"na layiq görülüb
18.08.2026, 17:17 PRESS
-
Azərbaycan və Gürcüstan sərhədində sıxlıq yaranıb
18.08.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
18.08.2026, 17:00 İQTİSADİYYAT
-
Deputatın oğlu istintaqa çağırıldı - iki ittiham var (FOTO)
18.08.2026, 16:45 SİYASƏT
-
Xalq artisti: "Klipin bütün zəhmətini Aysun çəkib"
18.08.2026, 16:29 ŞOU-BİZNES
-
Türkiyədə sərnişin mikroavtobusu dərəyə aşdı: 4 ölü, 10 yaralı var
18.08.2026, 16:26 KRİMİNAL
-
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
18.08.2026, 16:09 KRİMİNAL
-
AFFA-da iki departament rəhbəri vəzifədən uzaqlaşdırıldı
18.08.2026, 15:45 İDMAN
-
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
18.08.2026, 15:21 GÜNDƏM
-
"Azərsun Holdinq"in məhsulu Dubayda zay çıxdı: "Şikayət etsəm, nəinki məhsulunuz satışdan çıxarılacaq, hətta..." - FOTO
18.08.2026, 15:16 İQTİSADİYYAT
-
“İmişli”nin yeni transferində hepatit aşkarlandı
18.08.2026, 15:11 İDMAN