Türkiyə ilə İraq arasında beş müqavilə imzalanıb

Türkiyə ilə İraq arasında beş müqavilə imzalanıb

DÜNYA

28.07.2026, 23:10

Bu gün Türkiyədə səfərdə olan  İraq Baş naziri Əli əz-Zeydin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə iki ölkə arasında beş müqavilə imzalanıb.

Mia.az TRT-yə istinadla xəbər verir ki,  əvvəlcə Polis Akademiyasının rəisi Murat Balcı və İraq Baş naziri və Silahlı Qüvvələrin Komandanı general Əbdülemir Şammari tərəfindən "Təhsil və Akademik Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu" imzalanıb.

Daha sonra isə aşağıdakı sazişlərə imza atılıb:

- Gənclər və İdman Sahələrində Anlaşma Memorandumu

- Sənaye Mülkiyyəti Sahəsində Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu

- Fişhabur-Ovaköy Sərhəd Keçid Məntəqəsindən Dəmir Yolu və Avtomobil Nəqliyyatı Haqqında Anlaşma Memorandumu

- Təbii Sərvətlər Müqabilində İraq Respublikası daxilində Nəqliyyat İnfrastrukturunun İnkişafı üzrə Çərçivə Anlaşma Memorandumu.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR