Azərbaycan və Almaniya prezidentləri görüşüblər - FOTOLAR (YENİLƏNİB)

Azərbaycan və Almaniya prezidentləri görüşüblər - FOTOLAR (YENİLƏNİB)

GÜNDƏM

Bugün, 14:12

Berlində Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

Mia.az xəbər verir ki, Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayib.

Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə etdi.

O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı.

Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd etdi.

Azərbaycan Preidenti də öz növbəsində Frank-Valter Ştaynmayerin ölkəyə səfərini məmnunluqla xatırladı.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkənin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini dedi.

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edildi, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirildi, dövlətimizin başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olundu.

Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin imzalayacağı "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin əhəmiyyəti vurğulandı.

Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri xatırlandı, bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edildi.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunuldu, Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib.

Mia.az xəbər verir ki, dövlət başçısını Almaniya Prezidenti qarşılayıb.

Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb.

Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir.

Məlumata əsasən,  təkbətək görüşdən sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq.

Almaniya kansleri ilə görüşdə isə "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" imzalanması nəzərdə tutulur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR