Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
İQTİSADİYYAT
21.07.2026, 14:12
“Azercell Telekom” MMC dünyanın aparıcı kibertəhlükəsizlik təşkilatlarından biri olan “FIRST”ə (Forum of Incident Response and Security Teams) rəsmi üzv qəbul edilib.
Mia.az xəbər verir ki, bununla da “Azercell” “FIRST”ün qlobal şəbəkəsinə daxil olan ilk və yeganə Azərbaycan korporativ üzvü olmaqla yanaşı, ölkənin telekommunikasiya sahəsində rəsmi qeydiyyata alınmış ilk sektoral “Telecom CERT” komandası statusunu qazanıb.
“FIRST”ə üzvlük kibertəhlükəsizlik üzrə idarəetmə sistemi, insidentlərə operativ cavab imkanları və beynəlxalq əməkdaşlıq potensialını əhatə edən ciddi qiymətləndirmə prosesindən sonra təqdim olunur. “Google”, “Microsoft”, “Amazon” və “Cisco” kimi aparıcı texnologiya şirkətlərinin də təmsil olunduğu təşkilat hazırda 118 ölkədən 874 kibertəhlükəsizlik insidentlərinə cavab verən komandaları bir araya gətirir. Azərbaycandan “FIRST”ün üzvləri sırasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Milli Kibertəhlükəsizlik Agentliyi və Azərbaycan Mərkəzi Bankının komandaları da yer alır.
“Azercell”in “FIRST”ə üzv qəbul edilməsi şirkətin kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və qlobal kibertəhlükəsizlik ictimaiyyətinin etibarlı tərəfdaşı kimi tanındığını təsdiqləyir.
Bu nailiyyət “Azercell”in kibertəhlükəsizlik sahəsində uzunmüddətli və sistemli fəaliyyətinin nəticəsidir. Şirkət fəaliyyətini Azərbaycan Respublikasının 2023-2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun olaraq inkişaf etdirir, texnoloji imkanlarını davamlı şəkildə gücləndirir.
Bu çərçivədə “Azercell” daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirərək insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərin operativ qiymətləndirilməsi imkanlarını təkmilləşdirib. Gücləndirilmiş real vaxt monitorinq mexanizmləri isə potensial kibertəhlükələrin daha erkən aşkarlanmasına və onlara çevik reaksiya verilməsinə şərait yaradıb.
“Azercell” kibertəhdidlərin aşkarlanması və rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən Azərbaycanın ilk telekommunikasiya şirkətidir.
“FIRST”ə üzvlük “Azercell”ə real vaxt rejimində qlobal kibertəhlükələr barədə məlumat mübadiləsinə qoşulmaq, yeni yaranan təhdidlər haqqında erkən xəbərdarlıqlar almaq, qabaqcıl beynəlxalq təcrübədən yararlanmaq və dünyanın aparıcı kibertəhlükəsizlik komandaları ilə birbaşa əməkdaşlıq etmək imkanı yaradır. Bu isə kibertəhdidlərin qarşısının alınması və insidentlərə operativ cavab imkanlarını daha da gücləndirməklə yanaşı, şirkətin şəbəkəsinin və rəqəmsal xidmətlərinin dayanıqlığını artıracaq, eyni zamanda ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verəcək.
Şirkət kibertəhlükəsizlik sahəsinə investisiyalarını və beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək ölkənin rəqəmsal infrastrukturunun təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyə davam edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Cavid Qurbanovun o sərvəti haradandır? Əgər sabah ona cinayət işi açılsa..." - Şair nazir müavininə elə mesaj verdi ki...
Bugün, 14:01 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 13:31 GÜNDƏM
-
"Orada kim təxribatla məşğul olur? - İcra başçısı sakininin şikayətini yarıda kəsdi, idarə rəisini sərt formada sorğu-suala tutdu (VİDEO)
Bugün, 12:45 GÜNDƏM
-
Xaçmazda atalar oğlanlarını bıçaqlayıb
Bugün, 12:25 KRİMİNAL
-
Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında yeni razılaşmalıar olub - FOTOLAR
Bugün, 11:53 SİYASƏT
-
Böyükşor gölü yaşıl rəngə boyanıb: nə baş verir? - "Laborator analizlər aparılır"
Bugün, 10:46 CƏMİYYƏT
-
28 May və Nizami stansiyaları arasında qatarların hərəkəti dayandırıldı - Avtobus işə salındı
Bugün, 10:20 GÜNDƏM
-
Nazirlikdən küləkli hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 09:38 GÜNDƏM
-
Azərbaycan nefti 92 dollara satılır
Bugün, 09:11 İQTİSADİYYAT
-
Bitki yağlarında TƏHLÜKƏLİ maddələr - Adlar, ölkələr...
Bugün, 00:24 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 GÜNDƏM
-
İmmobile aktiv futbolla vidalaşdı - AÇIQLAMA
14.08.2026, 23:15 İDMAN
-
AK Partiyanın 25 illik yubileyi - Ərdoğan dronların yaratdığı görüntülərdən məst oldu (FOTO)
14.08.2026, 22:26 GÜNDƏM
-
Xoşqədəm: "Sabah nə olacaq, düşünməyin"
14.08.2026, 22:12 PRESS
-
“Ürəyim tək sənin üçün döyünür hər dəfə” - Xalq artisti kimə aşiq olub?
14.08.2026, 21:50 ŞOU-BİZNES
-
"MƏNİ TƏLƏYƏ SALDILAR, İÇƏRİ GİRƏN KİMİ..." - Zorlamaya cəhd ittihamı ilə döyülən deputat spikerdən toxunlmazlığının ləğvini istədi
14.08.2026, 21:36 SİYASƏT
-
Qubada zəlzələ olub (Yenilənib)
14.08.2026, 21:08 GÜNDƏM
-
Səlahəddin Dəmirtaş bu tarixdə azadlığa buraxılacaq? - "İnşallah, o, bizimlə olacaq"
14.08.2026, 20:10 DÜNYA
-
Şamaxıda kişi həyətində ölü tapılıb
14.08.2026, 19:22 CƏMİYYƏT
-
“Cənnət Park”ın rəhbərinə cinayət işi açıldı
14.08.2026, 18:09 KRİMİNAL
-
Halil Dervişoğlu "Qalatasaray"dan ayrılıb
14.08.2026, 18:03 İDMAN
-
Nazir özünə yeni köməkçi götürdü
14.08.2026, 17:41 CƏMİYYƏT
-
Partiya sədrindən istefalara qəzəbli reaksiya: "Bu siyasi namus bataqlığında boğulacaqsınız"
14.08.2026, 17:24 SİYASƏT
-
Türkiyə XİN başçısının "Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər” mesajı... - TƏHLİL
14.08.2026, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
14.08.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14.08.2026, 16:45 GÜNDƏM
-
Yeni səfirimiz etimadnaməsini Qazaxıstan XİN-ə təqdim edib
14.08.2026, 16:36 SİYASƏT
-
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
14.08.2026, 16:36 CƏMİYYƏT
-
Çağırışa möhlət verilən bu şəxslər tibbi müayinəyə çağırılır - ƏƏSMN açıqlama yaydı
14.08.2026, 16:19 CƏMİYYƏT
-
"Azərişıq" yeni tenderə hazırlaşır
14.08.2026, 16:07 İQTİSADİYYAT
-
Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü "Alyans hər cür təhdidlərə hazırdır" xəbərdarlığı etdi
14.08.2026, 15:56 DÜNYA
-
Ağdamda yanğın başlayıb - VİDEO
14.08.2026, 15:41 CƏMİYYƏT
-
Mənsur Yavaş istefa xəbərindən danışdı: "Haqqımda ortaya atılan siyasi ssenari..."
14.08.2026, 15:16 SİYASƏT
-
İyi Partiyadan daha bir deputat istefa verdi
14.08.2026, 15:10 DÜNYA