Pentaqon təsdiqlədi: “İranın hücumları zamanı bu ay 100-dək hərbçimiz yaralanıb”

Pentaqon təsdiqlədi:  “İranın hücumları zamanı bu ay 100-dək hərbçimiz yaralanıb”  

GÜNDƏM

Bugün, 09:49

“İranın əks hücumları zamanı bu ay 100-dək hərbçimiz yaralanıb”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı anonimlik qorunmaq şərtiylə CBS News-a ABŞ rəsmiləri danışıb.

Məlumatda ABÇ rəsmisi İranın raket hücumlarına məruz qalan ABŞ bazalarında çoxsaylı əsgərlərin yaralandığını etiraf edib: "İranın Yaxın Şərq bölgəsindəki bazalara çoxsaylı raket və dron hücumlarında təxminən 100 Amerika əsgəri yaralanıb. Düzdür, onların əksəriyyəti yüngül olub və artıq o hərbçilər xidmətə qayıdıb".

Bu məlumatdan sonra Pentaqon sözçüsü Şon Parnell də televiziya kanalına açıqlamasında 7 iyuldan bəri təxminən 100 hərbçinin müəyyən dərəcədə xəsarət aldığını təsdiqləyib: “Onlardan 96 faizi yüngül müalicədən sonra öz xidmət vəzifələrininin icrasına dönüblər”

Xatırladaq ki, ötən gecə də ABŞ və İran hərbçiləri bir-birlərinə ağır zərbələr endiriblər.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR