"Biz mətbuatın ən “bərkgedənləri” ilə işləyirik” - deyən İmişli klubu...
İDMAN
Bugün, 00:06
Portuqaliyalı keçmiş baş məşqçinin sayəsində ötən mövsümü birtəhər başa vuran “İmişli” azarkeşlərin istəyini yerinə yetirərək klubun loqosunu tezbazar dəyişdirib.
Mia.az bildirir ki, sosial şəbəkə hesabında 2 izləyicisinin “bu nə loqodu, dəyişin”, şərhinin ardından heç 2 gün keçməmiş, ya təsadüfdən, ya zərurətdən, klub gedib özünə təzə loqo düzəldib. Bu günlərdə mətbuat günüylə əlaqədar tədbirlərə başı qarışan media adamlarını da işindən-gücündən edib, hətta bəzilərinə məxsusi dəvətnamə göndərərək çağırıb yığıblar təzə loqonu təqdimat mərasiminə. Adını da qoyublar “rebrendinq”.
Mübarəkdi, əvvəla.
İkincisi, elə dərin mənalı, zamana və futbol dünyasına bəşəri çağırışları özündə əks etdirən loqo da deyil, bir şir başıdı, vəssalam. Nə lüzum vardı bu boyda təntənəyə?
Ciddi idman institutlarında loqo və brend dəyişikliyi aylarla davam edən marketinq araşdırmaları, peşəkar dizayner komandalarının işi və dərin vizual analizlər nəticəsində ərsəyə gəlir. “İmişli”nin deyəsən, qəfildən yadına düşüb ki, gedib loqonu dəyişdirsin. Loqo hər bir klubun vizual kimliyi olduğuyçün əslində mənim haqqım var ki, bu “yeniliy”i futbol ictimaiyyətinin zövqünə təhqir kimi yozum.
Hələ harada oynayacağı bəlli olmayan, stadion problemi həll olunmayan klubun belə qeyri-ciddi məsələlərə bu qədər vaxt və resurs ayırması səmərəsiz idarəçiliyin nəticəsidi. Mənim “İmişli”dən bundan yüksək gözləntilərim də yoxdu.
Hələ keçən mövsümün sonunda klubun rəhbər şəxslərindən birinə “media ilə əməkdaşlığınız zəifdi”, - deyəndə, cavab vermişdi ki, “yox, biz mətbuatın ən “bərkgedənləri” ilə işləyirik”.
O vaxtdan bəri mən bu bəsit idarəçilərdən korporativ mədəniyyət və peşəkar idman marketinqi gözləmirəm. Tələsik qəbul edilən qərarları, lağlağı mövzusuna çevrilən vizual kimliyi və iki günün içində dəyişən idarəçilik prinsipləri ilə “İmişli”nin böyük futbolda uğur qazanması mənə görə mümkün deyil.
Klub bu movsüm Yevlaxda oynayacaq. Bundan əvvəl Qubada idilər. Lap əvvəl Şamaxıda.
Bu loqo şousu ilə klub bizim diqqətimizi hansı ciddi məsələlərdən yayındırmaq istədi görəsən?
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyədə nəhəng çəyirtkə xofu: qorxuludurmu?
Bugün, 11:12 DÜNYA
-
BŞİH-də müşavirə keçirilib
Bugün, 10:59 CƏMİYYƏT
-
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçimi başlayıb
Bugün, 10:44 CƏMİYYƏT
-
"Azəriqaz" İB-nin baş direktoru 8500 manat cərimələnib - Komitə sədri sənədli fakt yaydı
Bugün, 10:20 GÜNDƏM
-
Azərbaycan əhalisi artıb - Son statistika
Bugün, 10:09 CƏMİYYƏT
-
ABŞ ötən gecə İranın bir çox bölgələrinə zərbə endirib - SİYAHI
Bugün, 10:02 GÜNDƏM
-
Pentaqon təsdiqlədi: “İranın hücumları zamanı bu ay 100-dək hərbçimiz yaralanıb”
Bugün, 09:49 GÜNDƏM
-
Prezident İlham Əliyev Endi Börnhemə təbrik məktubu ünvanlayıb - MƏTN
Bugün, 09:41 GÜNDƏM
-
Magistraturaya ixtisas seçimi başlayıb
Bugün, 09:34 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 94 dollara çatdı
Bugün, 09:28 GÜNDƏM
-
Daha bir qanunsuz estetik əməliyyat... - Baş Prokurorluq Gülbadə Abdullayeva ilə bağlı məlumat yaydı
Bugün, 09:09 KRİMİNAL
-
BÖLGƏ YENİDƏN BÖYÜK MÜHARİBƏYƏ SÜRÜKLƏNİR: ABŞ və İranın zərbələri şiddətlənir
Bugün, 00:32 GÜNDƏM
-
CENTCOM: “İrana qarşı yeni hücum dalğası başlayıb”
Bugün, 00:27 GÜNDƏM
-
ABŞ-da benzinin qiyməti kəskin bahalaşdı
Bugün, 00:20 İQTİSADİYYAT
-
Tarlada 15-20 qəpik, süfrəyə çatanda 5 manat.. - Fermerlərin çiyələk bazarında böhranın səbəbi nədir?
Bugün, 00:08 İQTİSADİYYAT
-
"Biz mətbuatın ən “bərkgedənləri” ilə işləyirik” - deyən İmişli klubu...
Bugün, 00:06 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:06 MƏDƏNİYYƏT
-
Britaniyanın yeni Baş naziri: “10 illik yeni proqram hazırlanacaq”
20.07.2026, 23:29 DÜNYA
-
Prezident İlham Əliyev Almaniyada - FOTOLAR (YENİLƏNİB)
20.07.2026, 21:57 SİYASƏT
-
Zahid Ouc: "Azərbaycanın AŞPA-dan çıxması regional dezinteqrasiya prosesləri üçün presedent yarada bilər"
20.07.2026, 20:37 SİYASƏT
-
İranın Şiraz şəhəri bombalanıb
20.07.2026, 20:09 DÜNYA
-
Jurnalist Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib - Mətbuat Şurasında tədbir + FOTOLAR
20.07.2026, 19:43 PRESS
-
Süni intellektlə hazırlanan ilk tarixi sənədli film.. - "Sultan Həsən Bahadur"un təqdimatı keçirilib
20.07.2026, 19:40 MƏDƏNİYYƏT
-
Sosial şəbəkədə qadını şantaj edən şəxs saxlanılıb
20.07.2026, 18:34 KRİMİNAL
-
DİN və MEDİA birgə məlumat yaydı: "İnanmayın!"
20.07.2026, 18:21 GÜNDƏM
-
4 illik Məşğulluq Strategiyası: nələr olacaq? - ƏƏSMN-dən izahat
20.07.2026, 18:19 İQTİSADİYYAT
-
Xarici İşlər Nazirliyi məlumat yaydı
20.07.2026, 17:47 SİYASƏT
-
Müğənni Xatirə İslamla ərinin videosi haqqında rəsmi - Açıqlama + VİDEO
20.07.2026, 17:17 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
20.07.2026, 17:00 İQTİSADİYYAT
-
Hökumətdən KTN-lə bağlı iki qərar: kollegiya tərkibi genişləndi, xidməti maşınların sayı artırıldı
20.07.2026, 16:48 İQTİSADİYYAT
-
Səbuhi Məmmədov Serbiyada həbs edilib
20.07.2026, 16:15 KRİMİNAL
-
Şimal bölgəsində azçəkili uşaqlar niyə doğulur? - Perinatal ölüm və narahatedici ölüdoğulma statistikası
20.07.2026, 16:05 CƏMİYYƏT
-
BU RAYONLARA İCRA BAŞÇISI TƏYİNATI NİYƏ YUBANIR? - Siyahı
20.07.2026, 16:02 SİYASƏT
-
“The New York Times”dan şok iddia: Pentaqon gizlədir, İranın əks hücumu zamanı…
20.07.2026, 15:49 GÜNDƏM