Yamal Messi və Argentina yığmasını ələ saldı  

Yamal Messi və Argentina yığmasını ələ saldı  

İDMAN

20.07.2026, 10:57

Ötən gecə Dünya Kubokuna sahiblənən İspaniya yığmasının 19 yaşlı hücumçusu Lamine Yamal matçdan sonra da maraqlı açıqlaması ilə diqqəti özünə çəkib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Argentinaya qalib gəldikləri 1-0 hesablı oyunda qalibiyyəti haqq etdiklərini deyib:  "Biz buna mütləq layiq idik. Bu kubok uğrunda çox mübarizə apardıq və qalib gəldik. Bu, həyatımın ən xoşbəxt günüdür. Bu kuboku qazanmaq hər bir futbolçunun arzusu idi və biz buna nail olduq."

Yamal Argentinaya meydanı dar etdiklərini də sözləriə əlavə edib: "Onlar bizə qarşı futbol oynaya bilmədilər. Meydanda yalnız bir komanda – biz oynayırdıq. Biz hər kəsə layiq komandanın qalib gəldiyini göstərdik”.

19 yaşlı ulduz futbolçu oyun zamanı Messinin hakimi ispan oyunçuya qırımızı kart verməyə çalışması haqda suala isə belə cavab verib: “Onun Mark Kukurella ilə dialoqundan və qırmızı vərəqə tələbini gördüm. Halbuki, onların əsas diqqəti bizi zədələməklə dayandırmaqda idi, daim qayda pozuntularına yol verirdilər. Ədalətsiz qırmızı vərəqə almaq istəyirdilər, amma bu cür ucuz cəhdlər işə yaramadı…".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR