Tarlada 15-20 qəpik, süfrəyə çatanda 5 manat.. - Fermerlərin çiyələk bazarında böhranın səbəbi nədir?
İQTİSADİYYAT
21.07.2026, 00:08
Azərbaycan bazarında çiyələk mövsümü bitməsə də, azalma müşahidə olunur. Qiymətlər mövsümün əvvəlində olduğu kimi, yenə də “əl yandırır”.
Bu, elə bir bazar səviyyəsidi ki, insanlar gen-bol yeməyi zorla çatdırır. Qış hazırlığı təbii ki, arxa plandadı. Düzdü, çiyələyin ikinci, payız mərhələsi də var.
Amma ekspertlər Mia.az-a bildirir ki, payızda da qiymətlərin cibə münasib olacağını heç kim düşünməsin.
Artıq ikinci ildi ki, Azərbaycan alıcısı meyvələrin bahalığından əziyyət çəkir. Bunu kənd təsərrüfatı mallarının, texniki, həmçinin bağçılıq işlərinin (gübrə, budama, belləmə, aqrotexniki qulluq) qiymətinin artması ilə birbaşa əlaqəsi var. Amma yanaşı faktorları - dəyişkən, əlverişsiz hava şəraiti, bağ və təsərrüfatlara gülaçma mərhələsində dəyən zərbəni də unutmayaq.
Çiyələyin qiymətinin yüksək olması paytaxt olaraq təkcə Bakıda yox, bütün böyük rayon mərkəzlərində müşahidə olunur.
Bu bahalığın fonunda ölkənin əsas çiyələk mərkəzi olan Cəlilabad rayonu qiymət tənzimləyici rolunu oynadı, desək, yanılmarıq. Maraqlıdı ki, bu günlərdə həmin rayonun Göytəpə qəsəbəsində 4 hektara yaxın çiyələk sahəsi olan fermer Pərviz Hüseynli “açıq qapı” günü elan edərək, insanları təsərrüfatına dəvət edib. Fermer müraciətində deyib ki, minbir əziyyətlə becərdiyi çiyələyin tarlada qalıb zay olmasını istəmir: “Məhsulumuz tamamilə təbii, kimyəvi dərmanlarsız yetişdirilib. Tarlalarda xarab olub batmaması üçün sahəni “açıq qapı" elan edirəm. Mürəbbə bişirmək və ya yemək üçün kim istəyirsə, pulsuz-parasız gəlib sahədən istədiyi qədər çiyələk yığıb apara bilər. Amma gələndə hər kəs özüylə qabını, çantasını, yaxud yeşiyini də gətirsin”.
Fermerin sözünə görə, çiyələyin bütün ölkə bazarlarında pərakəndə satışı od qiymətinə olsa da, bu, topdansatış sahəsinin də gəlirli olduğu anlamına gəlmır.
“Bu il çiyələyin topdansatış qiyməti həddindən artıq ucuzlaşdı, hətta sahədə kiloqramı 15-20 qəpiyə qədər düşdü. Biz bu qiymətlə məhsulun yığım, fəhlə və kaset (yeşik) xərclərinin satış qiymətini belə ödəyə bilmirik. Öz gəlirimiz demək olar ki, yoxdu”, - deyə təsərrüfat sahibi əlavə edir.
Bu paradoksal halın izahını ekspertlər də mükəmməl açıqlaya bilmir.
Məsələn, ölkənin bütün bölgələrində meyvələrin saxlaması üçün soyuducular olduğu halda, fermerlərimiz niyə bundan istifadə etmir? Yaxud, topdansatış müəssisəsiylə bazar münasibətləri niyə sərbəst tariflərə bağlanılıb? Nə üçün tarlada 15-20 qəpiyə olan məhsul bazarda 5 manatdan aşağı düşmür? Tarladan bazara gələn yolda daşınma və saxlanma xərclərindən başqa daha hansı proseslər baş verir?
Ekspert Vüsal Rəhimov deyir ki, bu il çiyələk məhsuldarlığı yüksək olub: “İndiyə qədər satış davam edir. Bilirsiniz ki, mövsümün sonuna yaxın qış hazırlıqları üçün bazarlıq edilir. Bu baxımdan çiyələyin bazarının payıza qədər davam etməsi normal haldı. Mövsümün pik vaxtlarında yerli bazarlarda, o cümlədən "Vosmoy" (Keşlə) bazarında qiymətlər 1.00 AZN-ə qədər ucuzlaşmışdı. Bağlarda və təsərrüfatlarda yerində isə topdansatış qiyməti 2.50 AZN ətrafında qərarlaşmışdı. Ümumiyyətlə, bazar dinamikası ilə qiymətləri analiz etsək, görərik ki, erkən çiyələk mövsümündə, yəni aprel ayında bazara daxil olan ilk məhsulların qiyməti 5.00 - 7.00 AZN arasında dəyişirdi. Əsas mövsümdə, iyun-iyul aylarında isə kütləvi məhsul yığımı və yüksək məhsuldarlıq fonunda qiymətlər kəskin ucuzlaşaraq 1.00 - 2.50 AZN aralığına düşdü”.
Ölkənin bir neçə regionu çiyələk istehsalı üzrə ixtisaslaşıb: burada bölgənin iqlimi və torpağın məhsuldarlığı əsas rol oynayır.
- Cəlilabad rayonu bu sahədə lider sayılır: Bazarın ilkin və kütləvi tələbatını məhz bu region təmin edir.
- Şəmkir və Tovuz rayonları: Müasir istixana komplekslərində intensiv texnologiyalarla becərilən çiyələyin məhsuldarlığı hektar başına orta hesabla 25-30 ton təşkil edib. Buradakı məhsullar daha çox ixrac yönümlüdü.
- Xaçmaz və Quba rayonları: Digər regionlara nisbətən məhsul bazara bir qədər gec çıxsa da, yerli şirin çiyələk növlərinin məhsuldarlığı stabil qalıb.
Bəs kiloqram və topdansatış qiymətləri üzrə tələb və təklif necə dəyişir?
V.Rəhimovun sözlərinə görə, bu məsələdə də mövsümün əvvəli və sonunu ayrıca nəzərdən keçirmək lazımdı: “Kiloqramla topdansatışda iyun-iyul aylarında birbaşa sahədən alış zamanı qiymət 1.50 - 2.00 AZN arasında dəyişib. İri şəhərlərin topdansatış bazarlarında isə, məsələn, "Meyvəli" bazarında, qiymət 2.00 - 2.50 AZN təşkil edib. Tonla topdansatışda da böyük həcmdə, yəni ixrac və ya emal müəssisələri üçün satış zamanı 1 ton çiyələyin qiyməti mövsümün pik vaxtında 1,500 - 2,000 AZN aralığında dəyişib. Aprel ayında isə bu göstərici 4,500 - 5,000 AZN civarında olub”.
Ekspert çiyələk biznesinin gəlirlilik və xərclər baxımından təhlil aparıldıqda faydalı olduğunu da əlavə edir: “Ümumiyyətlə, normal bazar münasibətlərinin fonunda bu sahədə yüksək gəlir əldə olunması mümkündü. Sadəcə, fors-major halları, təbiət hadisələri və s. istisna edilməklə, yarana bilən istənilən süni əngəllər bu bazarı çökdürə bilər. Çünki meyvə olaraq çiyələk tez xarab olan, dadını və rəngini asanlıqla dəyişən məhsuldu”.
Yeri gəlmişkən, açıq sahədə 1 hektar çiyələk təsərrüfatının qurulmasının, idarə edilməsinin təxmini maliyyə modelini hazırlasaq, bu gəlir sonda 28 min manata qədər yüksələ bilər:
Xərc / Gəlir Maddəsi | Təxmini Məbləğ (1 Hektar üçün) | Qeyd |
İlkin İnvestisiya | 12,000 - 15,000 AZN | Şitillərin alınması, damlama suvarma sistemi, aqroteks plyonka |
Cari Mövsümi Xərclər | 5,000 - 7,000 AZN | Gübrələr, dərmanlar, suvarma və işçi qüvvəsi (yığım xərcləri) |
Orta Məhsuldarlıq | 20 - 25 Ton / Hektar | Aqrotexniki qulluqdan asılı olaraq dəyişir |
Ümumi Gəlir | 40,000 - 50,000 AZN | Orta topdansatış qiyməti 2.00 AZN-dən hesablandıqda |
Xalis Mənfəət | 20,000 - 28,000 AZN | İlk ildən sonra quraşdırma xərcləri azaldığı üçün mənfəət artır |
Zülfiyyə Mustafayeva
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı (Yenilənib)
Bugün, 10:46 GÜNDƏM
-
“Global Media”nın əməkdaşı vəfat edib
Bugün, 10:37 PRESS
-
Mübariz Tağıyevdən “Yeni ulduz”un bərpa iddiasına reaksiya:: "SMS ilə müğənni seçmək bir az çətin məsələdir" - Onlara ürəyim ağrıyırdı”
Bugün, 10:24 MƏDƏNİYYƏT
-
Bu rayonlarda yağış yağır - SİYAHI
Bugün, 10:14 GÜNDƏM
-
İstefa verən deputat iqtidar partiyasına üzv olur: "Bəli, AKP-yə qatılacam"
Bugün, 10:05 GÜNDƏM
-
Rəsmi Bakı: "Pakistan, Müstəqillik Günün mübarək!"
Bugün, 09:59 SİYASƏT
-
Azərbaycan nefti ucuzlaşdı - 1.5 dollar
Bugün, 09:42 İQTİSADİYYAT
-
Enes Ünal "Xetafe"yə qayıtdı
Bugün, 09:28 İDMAN
-
Xankəndi şəhərinə daha 102 nəfər köçürülüb
Bugün, 09:17 GÜNDƏM
-
İrfan Can Eğribayat "Gençlerbirliği"nə transfer oldu
Bugün, 09:12 İDMAN
-
"Beşiktaş" Duşan Vlahoviçlə 3 illik müqavilə imzaladı
Bugün, 09:01 İDMAN
-
Mənsur Yavaş İYİ Partiyaya keçir? - AÇIQLAMALAR
Bugün, 00:17 SİYASƏT
-
"Trabzonspor"un Avroliqadakı rəqibi müəyyənləşib
Bugün, 00:09 İDMAN
-
SEPAH: "Hörmüz boğazı tam nəzarətimizdədir"
Bugün, 00:04 DÜNYA
-
Daha bir müxalif deputat partiyasından istefa verdi - Türkiyədə
Bugün, 00:04 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Avropa Liqası: "Beşiktaş" pley-off mərhələsinə yüksəldi
13.08.2026, 23:23 İDMAN
-
Konfrans Liqası: "Qarabağ" Kiyev komandasına qalib gəldi - (Yenilənib)
13.08.2026, 22:02 İDMAN
-
XİN: "Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir"
13.08.2026, 21:58 GÜNDƏM
-
Biləsuvarda 44 yaşlı şəxs öldürülüb
13.08.2026, 21:01 KRİMİNAL
-
Süleymançılar təriqəti: onlar kimdir, hansı şirkətlərlə bağları var? - SİYAHI + FOTO
13.08.2026, 19:09 SİYASƏT
-
Türkiyəli iki kriminal lider tutuldu - Gürcüstanda + FOTO
13.08.2026, 18:53 KRİMİNAL
-
İspaniya Super Kuboku oyunları İstanbulda keçiriləcək - Bu tarixdə
13.08.2026, 18:24 İDMAN
-
TÜRKİYƏDƏ DEPUTATI SƏHƏRƏ YAXIN EVDƏ DÖYÜB VİDEO ÇƏKDİLƏR: qrup seksi iddiası və... - FOTOLAR
13.08.2026, 18:07 SİYASƏT
-
Ərdoğanın partiyası 8, Özgür Özəlin partiyası 2 böyük şəhərdə önə çıxır, CHP isə... - TÜRKİYƏNİN ƏN GÜCLÜ SİYASİ TƏŞKİLATLARI (SORĞU)
13.08.2026, 17:53 SİYASƏT
-
Ərdoğan DEM Partiya rəhbərliyini qəbul etdi - 5 əsas müzakirə
13.08.2026, 17:45 SİYASƏT
-
Hakan Fidan Liviyada: üsyançı general Xəlifə Haftarla görüş və... - TƏHLİL
13.08.2026, 17:27 SİYASƏT
-
SOCAR-da gözlənilməz dəyişiklik - Vitse-prezident öz ərizəsiylə vəzifədən azad edilib
13.08.2026, 17:23 GÜNDƏM
-
Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib
13.08.2026, 17:14 İQTİSADİYYAT
-
Azərbaycanın FMCG sektorunda ilk: Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib
13.08.2026, 17:11 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
13.08.2026, 17:00 İQTİSADİYYAT
-
Tufandağ buzlağında növbəti monitorinq və tədqiqat işləri aparılıb
13.08.2026, 16:41 CƏMİYYƏT
-
Sabah Sabirabad, Salyan və Saatlının bu kəndlərində qaz olmayacaq
13.08.2026, 16:22 CƏMİYYƏT
-
Samux sakini Moldovada saxlanıldı
13.08.2026, 16:07 KRİMİNAL