Şimal bölgəsində azçəkili uşaqlar niyə doğulur? - Perinatal ölüm və narahatedici ölüdoğulma statistikası
CƏMİYYƏT
20.07.2026, 16:05
Quba rayonunda 5 aylıq hamilə qadının Rayon mərkəzi xəstəxanasında ölüm faktı rayon prokurorluğu tərəfindən araşdırır.
Mia.az xəbər verir ki, rəsmi məlumatda ev şəraitində qadına antibiotik preparatı (seftriakson) vurulduqdan sonra anafilaktik şoka düşdüyü bildirilir. Ağır vəziyyətdə xəstəxanaya gətirilən qadının bətnindəki döl cərrahi yolla xaric edilsə də, bir gün sonra həm ananın, həm də körpənin ölüm faktı qeydə alınıb.
Diqqətimizi çəkən məqam odu ki, şimal bölgəsi hamilə qadınların hamiləlik dövründə və ya doğum zamanı müxtəlif problemlərlə daha sıx üzləşməsi baxımından gərgin bölgə hesab olunur. Regionda perinatal xidmət, repdoduktiv yaş həddində olan qadınlar arasında ailə planlaması, doğuşayardım xidməti, bu sahədə profialktik tədbirlərin yetərli olmaması müntəzəm müzakirə mövzusudu.
İndiyədək bu hallar müxtəlif qurumlar və müstəqil ekspertlər tərəfindən müzakirəyə çıxarılıb. Əsas problem hamilə qadınların ilk trimestrdə qeydiyyata alınmaması və patronajın həyata keçirilməməsidi. Bundan başqa tibb personalının savadlılıq səviyyəsi aşağıdı və xüsusilə ucqar kəndlərə ezam edilən tibb işçilərinin biliyi şübhə altındadı. Məsələn, bir neçə gün əvvəl vəfat edən qadına vurulan iynə antibiotik olduğu üçün əvvəlcə test edilməliydi. Lakin iynə birbaşa vurulub. 5 aylıq hamilə qadının bətnində dölün artıq tələf olması və bədənə ümumi intoksasiya verməsi araşdırılmadan, antibiotik tətbiq edilib.
Təbii ki, xəstəxanalarda rüşvət faktoru da müzakirə mövzusudu və hamilə qadınların yaxınları doğum xərclərinin il-ildən yüksəlməsindən həmişə narazılıq edir. Statistikaya görə, 2025-ci il ərzində ölkə üzrə 26 ana ölümü qeydə alınıb. Bu, hər 100 min diri doğulana 27,1 hal təşkil edir. Ölü doğulan uşaqların sayı isə hər 1000 doğulana təxminən 6.5 – 7.2 hal təşkil edir. İllik olaraq respublika üzrə orta hesabla 700-800 arası ölüdoğulma faktı rəsmiləşdirilir.
Quba-Xaçmaz regionu üzrə regional səviyyədə perinatal (doğumətrafı) ölüm və ölüdoğulma halları əsasən anaların hamiləlik dövründə vaxtında tibbi nəzarətdən (antenatal qulluq) keçməməsi və ya vaxtından əvvəl (yarımçıq) doğuşlar zamanı baş verir. Bunlara plasentar çatışmazlıq, yəni, dölün ana bətnində oksigensiz (hipoksiya) qalması, ananın infeksion xəstəlikləri, hamiləlik zamanı keçirilən və dölə mənfi təsir edən kəskin infeksiyalar və ağır dərəcəli şok və travmalardı: bu zaman ananın qəfildən keçirdiyi anafilaktik şok (məsələn, dərman reaksiyası və s.), qanaxma və ya fiziki zədələr baş verir.
Quba rayonu üzrə ölüdoğulma hallarının azaldılması üçün pulsuz perinatal skrininq proqramları həyata keçirilsə də, göründüyü kimi, faydası yoxdu. Çünki tibb personalının savadı yetərincə deyil. Quba Tibb kollecindən hər il onlarla tələbə məzun olur və onlar dərhal işə başlayır. Çünki mövcud qaydalara görə yeni məzunlar, rezidenturanı, ali və ya orta ixtisas məktəbini bitirən şəxslər 5 il müddətinə sertifikasiyadan azaddı.
Quba rayonu üzrə ölüdoğulma halları regional statistika hesabatlarında xüsusi həssaslıqla izlənilir. Rayonda fəaliyyət göstərən Quba Regional Perinatal Mərkəzi təkcə Qubaya yox, bütün şimal bölgəsinə (Xaçmaz, Qusar, Şabran, Siyəzən) xidmət göstərir. Yəni, ətraf rayonlarda qeydə alınan bütün riskli, vaxtından əvvəl doğuşlar məhz buraya yönləndirilir.
Xidmətin keyfiyyətinin aşağı düşməsinə mərkəzləşmə faktoru da təsir edir: ətraf rayonları özündə birləşdirən Quba Regional Perinatal Mərkəzin qarşıya qoyulan öhdəlikləri hansı keyfiyyətlə yerinə yetirməsi əslində monoitorinq mövzusudu. Bu mərkəzdə hər il orta hesabla 3000-dən çox körpə dünyaya göz açır. Riskli hamiləliyi olan analar bölgənin digər rayonlarından buraya köçürüldüyü üçün, perinatal ölüm və ölüdoğulma rəqəmləri statistik olaraq bu mərkəzdə toplanır.
Səhiyyə Nazirliyinin regional hesabatlarına əsasən, mərkəzdə bəzi aylarda 10-a yaxın döl və ya yarımçıq doğulmuş körpə ölümü qeydə alınır. Bu uşaqların böyük əksəriyyəti həddən artıq az çəkili (məsələn, 990 qram və daha az) və hamiləliyin erkən (26-27-ci) həftələrində patologiya ilə doğulanlar olur. Regiona məxsus bəzi fərqli xüsusiyyətləri də qeyd etmək vacibdi. Məsələn, tibbi tədqiqatlara görə, Quba-Qusar zonasında bəzi ekoloji və antropogen amillərlə bağlı olaraq döldə anadangəlmə inkişaf qüsurlarının olması tezliyi hər 1000 yeni doğulana 9–24 hal (orta hesabla 16,5) arasında dəyişir. Bu qüsurlar birbaşa bətndaxili ölümə (ölüdoğulmaya) gətirib çıxaran əsas səbəblərdəndi.
Ölüdoğulma ilə bağlı müxtəlif səbəblər araşdırılır. Həkim-ekspert komissiyaları bildirir ki, əsasən Quba rayonunda ölüdoğulma hallarının baş verməsinə təsir edən əsas kliniki və sosial amillər vaxtından əvvəl (yarımçıq) doğuşlardı: vaxtından çox tez doğulan uşağın daxili orqanları (xüsusilə ağciyərlər) tam inkişaf etmir. Bundan başqa, hamiləlik zamanı infeksiyalar - toksoplazmoz, xlamidioz və digər infeksiyalar hamiləlik zamanı dölün bətndaxili tələf olmasıyla nəticələnir. Ananın yanaşı xəstəlikləri də burada rol oynayır: arterial təzyiqin kəskin yüksəlməsi (preeklampsiya) və ya şəkərli diabet bu siyahıya daxildi.
Ölüdoğulma halına həmçinin doğuş zamanı kəskin fəsadlar birbaşa təsir edir. Buraya doğuş zamanı ananın qəfil anafilaktik şoka düşməsi (məsələn, dərman allergiyası) həm ananın, həm də dölün eyni anda ölümünə səbəb ola bilir. Qubada 2024 və 2026-cı illərdə məhz belə ağır kliniki hadisələr qeydə alınıb.
Təbii ki, bu halların aradan qaldırılması üçün dövlət nəzarəti və profilaktika işləri ayrıca mexanizm olaraq mövcuddu. Ölüdoğulma hallarının minimuma endirilməsi üçün Qubada bəzi preventiv tədbirlər görülür. Məsələn, antenatal qulluq xidməti ilə ucqar kənd sakini olan hamilə qadınların ilk trimestdə qeydiyyata alınmasına və skrininq testlərdən keçirilməsinə cəhd olunur. Həmçinin Quba Perinatal Mərkəzi vaxtından əvvəl və riskli doğulan uşaqların həyatda saxlanması üçün xüsusi intensiv reanimasiya və küvez aparatları ilə təchiz olunub.
Bütün bunlar yetərli deyil, göründüyü kimi. Şimal zonası ana-uşaq təhlükəsizliyi baxımından yenə də narahat ərazi olaraq qeydə alınmaqdadı. Fikrimizcə, daha artıq vaxt itirmədən bu problemlər diqqətlə araşdırılmalıdı. Genefonda dəyən zərərin geri dönüşü yoxdu çünki.
Zülfiyyə Mustafayeva
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
BÖLGƏ YENİDƏN BÖYÜK MÜHARİBƏYƏ SÜRÜKLƏNİR: ABŞ və İranın zərbələri şiddətlənir
Bugün, 00:32 GÜNDƏM
-
CENTCOM: “İrana qarşı yeni hücum dalğası başlayıb”
Bugün, 00:27 GÜNDƏM
-
ABŞ-da benzinin qiyməti kəskin bahalaşdı
Bugün, 00:20 İQTİSADİYYAT
-
Tarlada 15-20 qəpik, süfrəyə çatanda 5 manat.. - Fermerlərin çiyələk bazarında böhranın səbəbi nədir?
Bugün, 00:08 İQTİSADİYYAT
-
"Biz mətbuatın ən “bərkgedənləri” ilə işləyirik” - deyən İmişli klubu...
Bugün, 00:06 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:06 MƏDƏNİYYƏT
-
Britaniyanın yeni Baş naziri: “10 illik yeni proqram hazırlanacaq”
20.07.2026, 23:29 DÜNYA
-
Prezident İlham Əliyev Almaniyada - FOTOLAR (YENİLƏNİB)
20.07.2026, 21:57 SİYASƏT
-
Zahid Ouc: "Azərbaycanın AŞPA-dan çıxması regional dezinteqrasiya prosesləri üçün presedent yarada bilər"
20.07.2026, 20:37 SİYASƏT
-
İranın Şiraz şəhəri bombalanıb
20.07.2026, 20:09 DÜNYA
-
Jurnalist Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib - Mətbuat Şurasında tədbir + FOTOLAR
20.07.2026, 19:43 PRESS
-
Süni intellektlə hazırlanan ilk tarixi sənədli film.. - "Sultan Həsən Bahadur"un təqdimatı keçirilib
20.07.2026, 19:40 MƏDƏNİYYƏT
-
Sosial şəbəkədə qadını şantaj edən şəxs saxlanılıb
20.07.2026, 18:34 KRİMİNAL
-
DİN və MEDİA birgə məlumat yaydı: "İnanmayın!"
20.07.2026, 18:21 GÜNDƏM
-
4 illik Məşğulluq Strategiyası: nələr olacaq? - ƏƏSMN-dən izahat
20.07.2026, 18:19 İQTİSADİYYAT
-
Xarici İşlər Nazirliyi məlumat yaydı
20.07.2026, 17:47 SİYASƏT
-
Müğənni Xatirə İslamla ərinin videosi haqqında rəsmi - Açıqlama + VİDEO
20.07.2026, 17:17 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
20.07.2026, 17:00 İQTİSADİYYAT
-
Hökumətdən KTN-lə bağlı iki qərar: kollegiya tərkibi genişləndi, xidməti maşınların sayı artırıldı
20.07.2026, 16:48 İQTİSADİYYAT
-
Səbuhi Məmmədov Serbiyada həbs edilib
20.07.2026, 16:15 KRİMİNAL
-
Şimal bölgəsində azçəkili uşaqlar niyə doğulur? - Perinatal ölüm və narahatedici ölüdoğulma statistikası
20.07.2026, 16:05 CƏMİYYƏT
-
BU RAYONLARA İCRA BAŞÇISI TƏYİNATI NİYƏ YUBANIR? - Siyahı
20.07.2026, 16:02 SİYASƏT
-
“The New York Times”dan şok iddia: Pentaqon gizlədir, İranın əks hücumu zamanı…
20.07.2026, 15:49 GÜNDƏM
-
Çingiz Səfərov vəzifədən çıxarıldı
20.07.2026, 15:39 CƏMİYYƏT
-
Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" istifadəyə verildi - FOTOLAR
20.07.2026, 15:21 MƏDƏNİYYƏT
-
"Özəl bağçalarda güclü qiymət artımı olmayacaq"
20.07.2026, 15:08 CƏMİYYƏT
-
AAYDA sədrindən daha bir təyinat: Bakıda yolların mühafizəsi kimə tapşırıldı? - FOTO
20.07.2026, 15:06 CƏMİYYƏT
-
Elmir Cəbrayılova vəzifə verildi
20.07.2026, 14:59 İDMAN
-
Xüsusi təyinatlılarımız xaricdə birgə hərbi təlimdə iştirak edir
20.07.2026, 14:47 GÜNDƏM
-
Özgür Özəl CHP-nin parlamentdəki kürsüsünə son dəfə çıxacaq - Yeni partiya yaradılır
20.07.2026, 14:27 SİYASƏT
-
Çempionlar Liqası: “Fənərbağça”nın potensial rəqibi bəlli oldu
20.07.2026, 14:14 İDMAN
-
Müğənni konsertinə az adam gəlməsinin səbəbini soruşdu, belə cavab aldı: “Ərik yığmağa gediblər” - FOTO
20.07.2026, 14:06 MƏDƏNİYYƏT
-
Prezident 2026-2030-cu illər üçün Tədbirlər Planı təsdiqlədi - Sərəncam
20.07.2026, 13:49 GÜNDƏM
-
"Dövlət satınalmaları haqqında" qanun dəyişdi - DETALLAR
20.07.2026, 13:19 İQTİSADİYYAT