4 illik Məşğulluq Strategiyası: nələr olacaq? - ƏƏSMN-dən izahat
İQTİSADİYYAT
20.07.2026, 18:19
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda 6 prioritet istiqamətdə tədbirlərin görülməsi təmin ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, görüləcək işlərin sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ-hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi kimi istiqamətlər daxildir.
Sənəd regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi, özünüməşğulluq proqramına cəlb olunan şəxslərin biznes subyektləri kimi formalaşdırılmasını təşviq edən yeni mexanizmlərin yaradılmasını nəzərdə tutur. Tədbirlər planına əsasən, 2026–2030-cu illərdə dayanıqlı iş yerlərinin yaradılması məqsədilə KOB subyektləri üçün keyfiyyətli məsləhət xidmətlərinə çıxış imkanları, aqrar sektorda əmək məhsuldarlığının artırılması məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Xüsusilə kənd yerlərində turizm infrastrukturunun inkişafı sahəsində tədbirlər həyata keçiriləcək.
“İşəgötürənlər və sahibkarlar birlikləri haqqında” Qanun layihəsi hazırlanacaq, əmək miqrasiyası üzrə qanunvericilik təkmilləşdiriləcək, iş yerində öyrənmə (usta yanında şagirdlik və təcrübəkeçmə) üzrə yeni mexanizmin yaradılması üçün normativ-hüquqi baza yaradılacaq.
Həmçinin qeyd edilən dövrdə:
· məşğulluq sahəsində göstərilən xidmətlərin elektronlaşdırılmasının genişləndirilməsi;
· məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması;
· peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi;
· beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması;
· “Peşələr üzrə elektron atlas” informasiya sisteminin yaradılması;
· peşə və kvalifikasiya standartlarının davamlı olaraq yenilənməsi;
· “Yaşıl iqtisadiyyat”a keçid kontekstində müasir bacarıqların əldə olunması məqsədilə peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi;
· dual peşə təhsili modelinin əhatə dairəsinin genişləndirilməsi;
· sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün aktiv məşğulluq proqramlarının sayının artırılması;
· regionlarda işsiz və işaxtaran şəxslər (xüsusilə gənclər) üçün onlayn və hibrid təlimlərin təşkili;
· “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatından istifadə etməklə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin görülməsi;
· dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslərin məşğulluğunun dəstəklənməsi üzrə tədbirlərin həyata keçirilməsi;
· təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması və s. tədbirlərin görülməsi nəzərdə tutulur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şamaxıda kişi həyətində ölü tapılıb
Bugün, 19:22 CƏMİYYƏT
-
“Cənnət Park”ın rəhbərinə cinayət işi açıldı
Bugün, 18:09 KRİMİNAL
-
Halil Dervişoğlu "Qalatasaray"dan ayrılıb
Bugün, 18:03 İDMAN
-
Nazir özünə yeni köməkçi götürdü
Bugün, 17:41 CƏMİYYƏT
-
Partiya sədrindən istefalara qəzəbli reaksiya: "Bu siyasi namus bataqlığında boğulacaqsınız"
Bugün, 17:24 SİYASƏT
-
Türkiyə XİN başçısının "Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər” mesajı... - TƏHLİL
Bugün, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 16:45 GÜNDƏM
-
Yeni səfirimiz etimadnaməsini Qazaxıstan XİN-ə təqdim edib
Bugün, 16:36 SİYASƏT
-
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
Bugün, 16:36 CƏMİYYƏT
-
Çağırışa möhlət verilən bu şəxslər tibbi müayinəyə çağırılır - ƏƏSMN açıqlama yaydı
Bugün, 16:19 CƏMİYYƏT
-
"Azərişıq" yeni tenderə hazırlaşır
Bugün, 16:07 İQTİSADİYYAT
-
Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü "Alyans hər cür təhdidlərə hazırdır" xəbərdarlığı etdi
Bugün, 15:56 DÜNYA
-
Ağdamda yanğın başlayıb - VİDEO
Bugün, 15:41 CƏMİYYƏT
-
Mənsur Yavaş istefa xəbərindən danışdı: "Haqqımda ortaya atılan siyasi ssenari..."
Bugün, 15:16 SİYASƏT
-
İyi Partiyadan daha bir deputat istefa verdi
Bugün, 15:10 DÜNYA
-
Daha bir türk əsilli kriminal dəstə lideri xaricdə saxlanılıb - FOTO
Bugün, 14:59 KRİMİNAL
-
SOCAR-ın BORCU: hansı qurumlara nə qədərdir? - Maliyyə hesabatı + SİYAHI
Bugün, 14:53 İQTİSADİYYAT
-
Sərhəd Qoşunları komandanı vəzifədən azad edildi - DSX rəisinə yeni müavin gətirildi
Bugün, 14:32 GÜNDƏM
-
Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - VİDEO
Bugün, 14:14 ŞOU-BİZNES
-
YÜKSƏK BAL TOPLAYANLARIN SAYI ARTIB: "Onların hamısı istədiyi tibb ixtisasına qəbul ola bilməyəcək"
Bugün, 14:07 CƏMİYYƏT
-
"WhatsApp"da doğmaların adıyla dələduzluq halları artıb, DİN xəbərdarlıq edir: "Dərhal inanmayın"
Bugün, 13:53 GÜNDƏM
-
"Dövlət auditi" informasiya sistemi yaradıldı - Yeni fərman + DETALLAR
Bugün, 13:49 GÜNDƏM
-
Hesablama Palatasına yeni səlahiyyətlər verildi - Prezident daha üç qanuna dəyişiklik etdi
Bugün, 13:49 İQTİSADİYYAT
-
Prezident Kənd Təsərrüfatı Nazirliyinə əlavə səlahiyyət verdi - Fərman
Bugün, 13:30 GÜNDƏM
-
Partiya sədrindən döyülən deputatla bağlı açıqlama: "Bu rəzillik qəbuledilməzdir"
Bugün, 13:16 SİYASƏT
-
İcra başçısını təhqir edən şəxs həbs olundu - Təfərrüat
Bugün, 13:04 CƏMİYYƏT
-
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb
Bugün, 12:58 CƏMİYYƏT
-
Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçiriləcək - Daşkənddə
Bugün, 12:51 İQTİSADİYYAT
-
Sabah yağışlı hava olacaq
Bugün, 12:21 CƏMİYYƏT
-
"Bir qocaman sənətkar kimi ən böyük arzum..." - “Bəzən efirlərdə elə adamları çıxarıb reklam edirdilər ki..."
Bugün, 12:04 MƏDƏNİYYƏT
-
Gecə yarısı qadınlar tərəfindən döyülən deputata cinayət işi açıldı - Partiyadan da qovulur
Bugün, 11:52 SİYASƏT
-
ABŞ-da eyni gündə üç ölüm hökmü icra edilib - Son 16 ildə ilk dəfə...
Bugün, 11:49 DÜNYA
-
Kamran Əliyev Çin səfiri ilə görüşdü - Nələr müzakirə olunub?
Bugün, 11:46 SİYASƏT