Əli Əsədov qərar verdi, icra başçıları icra edir - Daha bir rayonda dəyişiklik

Əli Əsədov qərar verdi, icra başçıları icra edir - Daha bir rayonda dəyişiklik

CƏMİYYƏT

20.07.2026, 11:34

Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən üç qurum birləşdirilib.

Hacıqabul rayonunun icra başçısı Sevindik Hətəmovun əmri ilə Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilərək onların bazasında "Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi" MMC yaradılıb.

Yeni yaradılan qurumun rəisi vəzifəsinə Aqil Aslanov təyin edilib.(unikal)

Mia.az xatırladır ki, adıçəkilən qurumların birləşdirilməsi və bazalarında MMC yaradılması tələbi Nazirlər Kabinetinin qərarı ilə bütün rayonlarda həyata keçirilir.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR