Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimə başlayır

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimə başlayır

GÜNDƏM

Bugün, 14:49

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən keçən hər üç ölkədən keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin noyabr ayında Azərbaycanda icra olunacaq "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı keçirilib.

Təlimdə üç ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Dəmir Yollarının əməkdaşları da iştirak edəcəklər.

Qeyd edək ki, təlimin planı iştirakçı ölkələrin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.

Konfransda təlimin mövzusu, məqsədləri, birgə qərargahın tərkibi, ərazidə icra olunacaq taktiki epizodlar və digər təşkilati məsələlər müzakirə olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR