İstanbulda sorğu: hansı partiya öndədir? – SİYAHI

İstanbulda sorğu: hansı partiya öndədir? – SİYAHI

SİYASƏT

Bugün, 16:05

Türkiyə prezidenti Ərdoğanın tez-tez "Mənim aşkım, sevdalım” dediyi İstanbulda sosialoji sorğu keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ORC Araşdırma Mərkəzi tərərəfindən 2 ay ərzində ölkənin qəlbi sayılan şəhərdə seçicilərin rəyi öyrənilib.

Məlumata görə, iyun-iyul ayları arasında aparılan sorğuda “Əgər bu bazar seçki olarsa, hansı partiyaya səs verərsiziniz”, - sualına cavabda Ərdoğanın lideri olduğu hakim iqtidar partiyası AK Partiya önə çıxıb: “AKP İstanbulda səslərin 34,6%-ni, CHP isə 32,7%-ni qazanıb. Üçüncü yerdə 8.5 faizlə DEM Partiyası, 4-də 5.8 faizlə MHP, 5-ci yerdə isə 4,8% səslə İYİ Partiyası qərarlaşıb…”.

Əhməd

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR