Rəsmi Tehrandan BMT Baş katibinə cavab verildi: “İranı günahlandırmaq məsuliyyətsiz və ədalətsizdir"

Rəsmi Tehrandan BMT Baş katibinə cavab verildi: “İranı günahlandırmaq məsuliyyətsiz və ədalətsizdir\" 

DÜNYA

Bugün, 09:57

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin "Körfəzdə yenidən baş verən hərbi toqquşmalardan, xüsusən də İranın Hörmüz boğazındakı gəmilərə hücumlarından dərin narahatlıq keçiririk", - sözlərinə şərh verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Baş katbin sözlərini qəbuledilməz sayıb.

XİN rəsmisi bildirib ki, İran hazırda yalnız özünü müdafiə edir: “İranı hücumlardan özünü müdafiə etməkdə günahlandırmaq məsuliyyətsiz və ədalətsizdir. Bu, hərbi münaqişə deyil, ABŞ və İsrail tərəfindən 28 fevralda başlatılan hərbi təcavüzün davamıdır. Biz isə hücum etmirik. İranın Fars körfəzi sahilindəki ABŞ bazalarına hücumları özünümüdafiə çərçivəsindədir və beynəlxalq hüququ pozmur”.

Xatırladaq ki, BMT Baş katibi Quterreş  ABŞ və İran arasında Hörmüz boğazında yenidən başlayan hücumları dayandırmağa çağırıb: “Körfəzdə ciddi eskalasiya və yenidən baş verən hərbi toqquşmalar, xüsusən də İranın Hörmüz boğazındakı gəmilərə hücumları, ABŞ-ın İrana hücumları və İranın qonşu ölkələrdəki hədəflərə hücumları məni dərindən narahat edir".

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR