Avropa İttifaqı ölkələrində əhali artır - Son statistika

Avropa İttifaqı ölkələrində əhali artır - Son statistika

DÜNYA

Bugün, 17:29

Avropa İttifaqı (Aİ) 27 üzv ölkəsinin ümumi əhalisinin sayı bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat)  son statistik məlumatı yayıb.

Bildirilib ki, 1 yanvar 2026-cı il tarixinə Aİ əhalisi əvvəlki illə müqayisədə 706.000 nəfər artaraq 452 milyona çatıb: “Beləliklə, 2021-ci ildə Covid-19 pandemiyası zamanı baş verən azalmadan sonra Aİ əhalisi ardıcıl beşinci ildir artır”

Hesabata əsasən, Aİ-də ən çox əhalisi olan ölkə Almaniyadır - 83,5 milyon nəfər.

Ardınca 69,1 milyon əhalisi ilə Fransa, 58,9 milyon əhalisi ilə İtaliya, 49,6 milyon əhalisi ilə İspaniya və 36,3 milyon əhalisi ilə Polşa gəlir.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR