"Qaradağ Şüşə Zavodu" özəlləşdirilib

\"Qaradağ Şüşə Zavodu\" özəlləşdirilib

İQTİSADİYYAT

Bugün, 16:28

"Qaradağ Şüşə Zavodu" ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsi bu ilin mayın 19-da yekunlaşıb.

Mia.az xəbər verir ki, müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, təqdim olunmuş təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən "Nort Vest Konstrakşn" MMC investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqə qalibi İnvestisiya Proqramı çərçivəsində şüşəəritmə sobasının və şüşə istehsalı avadanlıqlarının, eləcə də sexlərin əsaslı təmiri və yenidən qurulması, yeni istehsal xətlərinin, şüşəformalaşdırma avadanlıqlarının alınaraq quraşdırılması, həmçinin elektrik enerjisi, qaz təchizatı, su və kanalizasiya sistemləri üzrə infrastruktur təminatının yaxşılaşdırılması kimi öhdəlikləri həyata keçirməlidir.

"Nort Vest Konstrakşn" MMC tərəfindən investisiya qoyuluşu nəticəsində müəssisədə 200 yeni iş yerinin yaradılması planlaşdırılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR