Deputat: "Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir?
CƏMİYYƏT
Bugün, 12:20
“O vaxt Azərbaycanın hər bölgəsi öz məhsulu ilə tanınırdı. Qubanın alması, Göyçayın “Gülöyşə” narı, Lənkəranın çayı, Gədəbəyin ağçiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Muğanın taxılı, Sabirabadın bostan məhsulları uzun illər aparılan seleksiya işlərinin, yerli genetik ehtiyatların qorunmasının və elmi toxumçuluğun nəticəsi idi”.
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında “Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.
O bildirib ki, onlar dadına, ətrinə, qidalılıq dəyərinə, yerli iqlimə uyğunluğuna, xəstəliklərə davamlılığına görə seçilirdi: "Təsadüfi deyil ki, XX əsrin 80-ci illərində Göyçay narının tingləri ilə ABŞ-da plantasiyalar salınırdı. Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir? Yüksək məhsuldarlıq naminə keyfiyyəti və milli sortların genefondunu itiririk. Hibrid sortlar daha çox məhsuldardır, daşınmaya davamlıdır, eyni ölçüdə yetişir, uzun müddət xarab olmur, iri ticarət şəbəkələrinin tələblərinə uyğun gəlir.
Əlbəttə, hər bir dövlət xaricdən aqrar texnologiyaya idxal edir. Fransanın, Hollandiyanın, İtaliyanın, Türkiyənin, İsrailin, ABŞ-nin toxumçuluq sahəsində qazandığı nailiyyətlərdən bəhrələnmək gərəkdir. Lakin qanun layihəsi yerli seleksiya məktəbinin bərpasına, toxumçuluq üzrə elmi institutların və təcrübə təsərrüfatlarının gücləndirilməsinə, azad edilən ərazilərdə müasir toxumçuluq və seleksiya mərkəzlərinin yaradılmasına, yerli sortların dövlət reyestrinin və milli genetik ehtiyatların mühafizəsinə xidmət edir.
Xatırladaq ki, Azərbaycanın ümumi torpaq fondu 8,64 milyon hektardır. Onun 4,8 milyon hektarı kənd təsərrüfatına, 1.8 milyon hektarı isə əkinə yararlıdır. Göründüyü kimi, münbit torpağımız qeyri-məhdud deyil - ona görə məhsuldarlığın əsas mənbəyi keyfiyyətli toxum, elm və müasir aqrotexnologiyadır”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bir təyyarəylə Ankaraya gəldi, digəriylə qayıtdı – Trampa sui-qəsd ehtimalı var?
Bugün, 15:01 GÜNDƏM
-
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - FOTOLAR
Bugün, 14:45 CƏMİYYƏT
-
Dövlət mülkiyyətindəki əmlakla xüsusi mülkiyyətdəki əmlak dəyişdirilə biləcək
Bugün, 14:36 CƏMİYYƏT
-
Səhiyyə Nazirliyi məlumat yayıb
Bugün, 14:23 GÜNDƏM
-
Kəlbəcərdə mina partlayıb
Bugün, 14:18 GÜNDƏM
-
Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək
Bugün, 13:58 SİYASƏT
-
PAY TORPAQLARI HANSI ŞƏRTLƏRLƏ BİRLƏŞDİRİLƏCƏK? - Qanunlara dəyişiklik müzakirəyə çıxarıldı
Bugün, 13:17 GÜNDƏM
-
Əmlak üzərinə həbs qoyulması... - Prezident dəyişikliyi təsdiqlədi
Bugün, 12:57 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:57 CƏMİYYƏT
-
Macarıstanın baş naziri elə müqayisə apardı ki… - FOTOLAR
Bugün, 12:57 SİYASƏT
-
İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib
Bugün, 12:40 GÜNDƏM
-
Yunanıstanın Baş nazirinə “Mehtər marşı" sürprizi... - TƏHLİL
Bugün, 12:26 SİYASƏT
-
Deputat: "Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir?
Bugün, 12:20 CƏMİYYƏT
-
Bəhruz Nəzərov TV rəhbəri təyin edildi
Bugün, 12:15 PRESS
-
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi... - Dövlət rüsumları müəyyənləşib
Bugün, 12:06 CƏMİYYƏT
-
Azərbaycanın xarici dövlət borcu azaldı
Bugün, 11:57 İQTİSADİYYAT
-
Saytların fəaliyyəti hansı hallarda məhdudlaşdırılacaq? - SİYAHI
Bugün, 11:39 PRESS
-
Gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilir - YENİ QANUN
Bugün, 11:37 İQTİSADİYYAT
-
Avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı... - Yeni qanun qəbul edildi
Bugün, 11:35 GÜNDƏM
-
QUMAR OYUNLARI: qanunu pozanlar üçün cəzalar müəyyənləşdi
Bugün, 11:33 GÜNDƏM
-
Parlament daha bir neçə sahədə dəyişikliyi qəbul etdi
Bugün, 11:29 İQTİSADİYYAT
-
Hesablama Palatasına əlavə səlahiyyətlər verildi - Deputatlar "hə" dedi
Bugün, 11:20 İQTİSADİYYAT
-
İsrail İrandan onu müdafiə edən ölkənin suyunu kəsir - Saziş yeniləməyəcək
Bugün, 11:12 DÜNYA
-
Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulur
Bugün, 11:10 GÜNDƏM
-
Deputatlar toplandı: 22 məsələ müzakirəyə çıxarıldı - SİYAHI
Bugün, 11:02 GÜNDƏM
-
Gəncədə 16 yaşlı uşaq bıçaqlanıb
Bugün, 10:51 GÜNDƏM
-
Türkiyə S-400-ləri satıb? – Ərdoğanın "Bizi izləməyə davam edin!" mesajının sirri açılır
Bugün, 10:22 GÜNDƏM
-
Prezident İlham Əliyev Selcuk Bayraktarı qəbul edib - "Can Azərbaycanla birliyimiz və qardaşlığımız əbədi olsun"
Bugün, 10:16 GÜNDƏM
-
Zakir Həsənov Selçuk Bayraktarla bir arada - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 10:07 SİYASƏT
-
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bugün, 09:57 PRESS
-
İstanbulda kriminal dəstə zərərsizləşdirilib - 18 nəfər saxlanılıb
Bugün, 09:38 KRİMİNAL
-
Azərbaycan nefti 79 dollara düşüb
Bugün, 09:19 İQTİSADİYYAT
-
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Bugün, 09:17 GÜNDƏM
-
CHP-nin İstanbul təşkilatında gecəyarısı qalmaqal – Polis İmamoğlunun pankartını sökdü
Bugün, 08:53 GÜNDƏM