NATO generalı: “Bu gün ayağa qalxırıq və irəliləyirik” – “İndi daha güclü və daha qətiyyətliyik”

NATO generalı: “Bu gün ayağa qalxırıq və irəliləyirik” – “İndi daha güclü və daha qətiyyətliyik”  

GÜNDƏM

Bugün, 15:57

NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Dragone Ankarada keçiriləcək NATO Zirvəsindən əvvəl Türkiyə ilə bağlı maraq doğuran açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Brüsseldə keçrilən tədbirdə Türkiyənin güclü ordusu, strateji mövqeyi və müdafiə sənayesinə diqqət çəkib.

 O, Türkiyənin NATO-da ikinci ən böyük orduya sahib olduğunu vurğulayaraq, bildirib ki, xüsusən müdafiə sənayesindəki istehsal gücü son illər xeyli artırılıb: “Türkiyə bu nümunəsiylə digər NATO üzvləri üçün nümunə ola bilər. Biz Türkiyəyə etibar edirik və onu müttəfiqimiz kimi görməkdən məmnunuq. Bu baxımdan Ankarada keçiriləcək NATO Zirvə Toplantısı da böyük hərbi əhəmiyyətə malikdir. Sammitdə yalnız bəyanatlar deyil, konkret addımlar görəcəyik”.

Türkiyədə müdafiə sənayesi müəssisələrini ziyarət etdiyini deyən Drone bildirib ki, şahidi olduğu istehsal gücü valehedicidir: “Türkiyənin NATO daxilindəki çəkisi gələcəkdə daha da artacaq. Mənə görə, Türkiyə güclü müttəfiqdir və gələcəkdə daha da güclü olacaq. Düşünürəm ki, müdafiə sənayesinə yatırdığı investisiyalar və istehsal gücü ilə digər müttəfiq ölkələrə nümunə olacaq. Unutmayaq ki, Türkiyə yalnız coğrafi mövqeyinə görə deyil, həm də təhlükəsizlik siyasətindəki roluna görə NATO-nun mərkəzindədir”

Cüzeppe Kavo Dragone qeyd edib ki, 2025-ci ilin yanvar ayından, yəni, vəzifəyə başladığı vaxtdan bəri ittifaq əhəmiyyətli bir transformasiyaya məruz qalıb: “NATO artıq təhdidlərə qarşı daha yaxşı hazırlaşıb. Bir il yarım əvvəl oyanırdıq, bu gün ayağa qalxırıq və irəliləyirik. Hələ məqsədə çatmamışıq, amma düzgün istiqamətdə irəlilədiyimiz aydındır. NATO bu gün daha güclü və daha qətiyyətlidir."

F.SƏFƏRLİ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR