Əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə Türkiyə ilə təcrübə mübadiləsi aparılıb - FOTOLAR
PRESS
03.07.2026, 18:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarının kommunikasiya üzrə struktur bölmələrinin nümayəndələrindən ibarət heyət Türkiyədə səfərdə olub.
Mia.az xəbər verir ki, səfər əmək, məşğulluq, sosial müdafiə sahəsində kommunikasiya və ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı qardaş ölkənin müvafiq qurumları ilə təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb.
Nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri və Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin (Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı İletişim Başkanlığı) Media və yayım şöbəsinin müdiri Dr. Zeynep Zelan, Strateji kommunikasiya və böhranların idarə edilməsi şöbəsinin müdiri Kasım İleri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Durmuş Ersoy, korporativ kommunikasiya koordinatoru Sümeyra Değirmenci ilə görüşü olub. Görüşdə Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik səviyyəsində olan münasibətlərin əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlığa imkan yaratdığı vurğulanıb. Bu səfərlə artıq yeni bir istiqamətdə - əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə əməkdaşlığa başlandığı qeyd edilib.
Müasir dövrdə kommunikasiyanın ictimai etimadın formalaşdırılmasında, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi və ictimai etimadın yaradılmasında mühüm rolu, bu sahədə təcrübələrin paylaşılmasının qarşılıqlı faydalı olduğu vurğulanıb. Departamentin fəaliyyəti, tətbiq etdiyi yeni innovativ alətlər (DES, CİMER), korporativ rəqəmsal sistemləri barədə məlumat verilib.
Görüş iştirakçıları strateji kommunikasiya sisteminin təşkili, vətəndaşyönümlü xidmət yanaşmaları, rəqəmsal media ilə iş, süni intellektdən kommunikasiya fəaliyyətində istifadə, dezinformasiya ilə mübarizə və s. məsələlərlə bağlı fikirlərini, iş təcrübələrini diqqətə çatdırıblar.
Nümayəndə heyəti Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin (Türkiye Cumhuriyeti Çalışma ve Sosyal Güvenlik Bakanlığı) media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Ramazan Furkan Turkan və Ailə və Sosial Xidmətlər Nazirliyinin (Türkiye Cumhuriyeti Aile ve Sosyal Hizmetler Bakanlığı) media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Uğur Qartal, həmin qurumların kommunikasiya sahəsi ilə bağlı digər əməkdaşları ilə görüşlər keçirib.
Ölkəmizdə əmək və sosial müdafiə sahəsində son illər aparılan islahatların, rəqəmsal, o cümlədən proaktiv xidmətlərin geniş tətbiqinin, DOST konsepsiyası və vətəndaşyönümlü idarəetmə modelinin bu sahədə kommunikasiya fəaliyyətinə də yeni innovativ yanaşmalar gətirdiyi vurğulanıb. Hər iki departamentin nümayəndələri kommunikasiya fəaliyyətləri, o cümlədən yazılı, vizual, rəqəmsal media əlaqələri, rəqəmsal platformalarla bağlı iş praktikaları, media monitorinqi, kontent hazırlanması və s. sahələrdə gördükləri işlər barədə məlumat veriblər.
Görüşlərdə qeyd edilən sahələrdə, habelə həssas əhali qrupları ilə bağlı kommunikasiya tədbirləri, habelə qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq mexanizmləri, operativ məlumatlandırma, ictimai etimadın qorunması, koordinasiya mexanizmləri ilə bağlı təcrübə mübadilələri aparılıb. Bu sahədə gələcəkdə daha sıx əlaqələrin qurulmasının önəmi vurğulanıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:33 CƏMİYYƏT
-
"Yuventus" türk futbolçunu heyətinə qatdı
Bugün, 12:29 İDMAN
-
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bugün, 12:09 MƏDƏNİYYƏT
-
Türkiyə futbolunda növbəti çalxalanma – Bu klubların rəsmiləri saxlanıldı (SİYAHI)
Bugün, 11:57 İDMAN
-
Qazaxıstan buğda idxalına qadağa qoyub
Bugün, 11:43 İQTİSADİYYAT
-
Günay Malikqızı vəzifədən niyə ayrılıb? - Açıqlama
Bugün, 11:39 PRESS
-
Fəsillər insan psixologiyasına necə təsir edir? - Psixoloq rəyi
Bugün, 11:39 CƏMİYYƏT
-
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR (Yenilənib)
Bugün, 11:32 GÜNDƏM
-
Milli Depozit Mərkəzində yeni təyinat oldu
Bugün, 11:07 İQTİSADİYYAT
-
Arıqlama məhsullarının tərkibində təhlükəli maddələr aşkarlanıb
Bugün, 10:43 CƏMİYYƏT
-
Zelenski həmyerlimizlə bağlı sərəncam imzaladı
Bugün, 10:32 SİYASƏT
-
Türkiyədə daha bir sərnişin avtobusu aşdı: 24 yaralı
Bugün, 10:31 KRİMİNAL
-
YENİ BİNLARADA KV.METR FIRILDAĞI... - Ali Məhkəmə mübahisəli vəziyyətlə bağlı izahat yaydı
Bugün, 10:02 GÜNDƏM
-
Azərbaycan nefti daha 2 dollar bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:59 İQTİSADİYYAT
-
İran ordusu Amerikanın bölgədəki bazalarına zərbə endirib
Bugün, 09:54 DÜNYA
-
Xankəndidə bitişik bir neçə ev yanıb
Bugün, 09:50 CƏMİYYƏT
-
“İraqa getməyin” – ABŞ-dan vətəndaşlarına xəbərdarlıq
Bugün, 09:32 DÜNYA
-
“İran ABŞ-Ia danışıqları davam etdirir və…” – "Tramp buna sakit yanaşmayacaq”
Bugün, 09:24 GÜNDƏM
-
Hava limanı, körpülər… - ABŞ İranda mülki obyektləri vurub
Bugün, 09:16 GÜNDƏM
-
Özgür Özəlin Yeni Partiyası… - 24 il sonra Türkiyədə bir ilk yaşana bilər
Bugün, 09:02 SİYASƏT
-
TV RƏHBƏRİ SAXLANLDI - Məşhur yutuber dələduzluqda ittiham olunur
Bugün, 08:48 PRESS
-
Türkiyədə yenə zəlzələ oldu
Bugün, 00:29 GÜNDƏM
-
Rəsmi Tehrandan daha bir bəyanat: “Diplomatiyaya bir daha xəyanət etdilər”
Bugün, 00:17 GÜNDƏM
-
Qətər XİN İranla bağlı yayılan xəbəri təkzib edir
Bugün, 00:11 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
ABŞ ordusu İrana növbəti hücuma start verdi – Güclü partlayışlar baş verir
16.07.2026, 23:18 GÜNDƏM
-
Zelenski Hakan Fidana orden verdi – FOTOLAR
16.07.2026, 22:53 SİYASƏT
-
Konfrans Liqası: "Zirə" Gürcüstanda "Torpedo"ya qalib gəldi (YENİLƏNİB)
16.07.2026, 21:20 İDMAN
-
Odessada Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum... - Kapitanın meyiti tapıldı (Yenilənib)
16.07.2026, 20:42 GÜNDƏM
-
“Qarabağ” klubu kasıblayıb? - Telekanaldan fantastik məbləğ istəyirlər (AÇIQLAMA)
16.07.2026, 19:16 PRESS
-
"Siz həqiqətən də Sülh İnsanısınız" - Prezident İlham Əliyevdən Donald Trampa mesaj
16.07.2026, 18:37 GÜNDƏM
-
Haluk Levent və “Ahbar”ın rəhbər şəxslərinin əmlaklarına həbs qoyuldu
16.07.2026, 18:24 GÜNDƏM
-
Nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırıldı
16.07.2026, 18:03 CƏMİYYƏT
-
Qadınları şantaj edən şəxslər saxlanıldı - Polis əməliyyatı
16.07.2026, 17:52 KRİMİNAL