İcra Hakimiyyəti yeniyetmələri istismar faktını paylaşdı, daha sonra isə görüntüləri tələsik sildi - FOTOLAR

İcra Hakimiyyəti yeniyetmələri istismar faktını paylaşdı, daha sonra isə görüntüləri tələsik sildi - FOTOLAR

CƏMİYYƏT

Bugün, 09:26

Qəbələ rayonunda qanunsuz fəaliyyət göstərdiyi bildirilən iaşə obyektləri yığışdırılıb.

Mia.az Xitab24.az-a istinadla xəbər verir ki, bununla bağlı Qəbələ Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, iyunun 29-da Qəbələ Rayon İcra Hakimiyyətinin və müvafiq  qurumların əməkdaşları tərəfindən şəhər ərazisində qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətinin qarşısı alınıb və yığışdırılıb.

Maraqlıdır ki, bu obyektlərin yığışdırılmasında isə həmin kafelərdə çalışanlar cəlb olunub. Yəni, Qəbələ RİH və müvafiq qurumlar öz işçi heyətindən istifadə etmək əvəzinə, yeniyetmələri istismara məruz qoyub.

Bu faktı təsdiqləyən fotoları Qəbələ RİH özü rəsmi feysbuk hesabında paylaşıb.

Qeyd edək ki, Qəbələnin icra başçısı 2010-cu ildən Səbuhi Abdullayevdir.

Həmin fotoları təqdim edirik:

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR