"Baş nazirlə heç nəyi müzakirə etməmişəm" - Ermənistan parlamentinin spikeri mandatdan imtina etdi

\"Baş nazirlə heç nəyi müzakirə etməmişəm\" - Ermənistan parlamentinin spikeri mandatdan imtina etdi

SİYASƏT

Bugün, 14:01

Ermənistan parlamentinin sədri Alen Simonyan deputat mandatından imtina edəcəyini, yeni qanunverici orqanın tərkibinə daxil olmayacağını bəyan edib.

Bu barədə o, brifinqdə bildirib.

"Mən spiker olaraq işimi davam etdirmək istəyirdim... Düşünürəm ki, beşillik işim davam etməli idi, açıqlamalarımda dəfələrlə bildirmişəm ki, administrasiya nə qərar verərsə, ona da əməl edəcəyəm. Baş nazirlə heç nəyi müzakirə etməmişəm, razılaşma yoxdur. İstər siyasətdə, istərsə də "Vətəndaş müqaviləsi" partiyası çərçivəsində, Nikol Paşinyan olmadan özümü siyasi proseslərdə görmürəm", - o bildirib.

Bununla yanaşı, Simonyan qeyd edib ki, inciməyib və hesab edir ki, iş prosesləri ilə bağlı dəyişikliklər ola bilir. Spiker bir qədər dincəlmək istədiyini də bildirib.

"Mənim üçün çətin bir iş dövrü idi. Unutmayın ki, bu, seçki sonrakı dövrün parlamenti idi və həmkarlarımızla birgə keçdiyimiz çətinliklər var idi", - o vurğulayıb./Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR