İran XİN: “Regional təhlükəsizlik ABŞ-ın çətiri altında deyil"  

İran XİN: “Regional təhlükəsizlik ABŞ-ın çətiri altında deyil\"  

SİYASƏT

Bugün, 09:59

“Bölgədə təhlükəsizlik yalnız ABŞ-ın geri çəkilməsi və ölkələrin suverenliyinə hörmətlə təmin oluna bilər”

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib.

Onun sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Bəhreynin paytaxtında keçirdiyi görüş qəbuledilməzdir: “Bu görüş və ora qatyılanlar Fars körfəzində hər hansı bir dəyişikliyə nail ola bilməzlər. Belə görüşlərlə regionda hüquqi və təhlükəsizlik qaydası formalaşdıra biləcəklərini düşünənləru yanılırlar. Regionun təhlükəsizliyi Amerikanın hərbi çətiri altında deyil, xarici müdaxilələrin dayanması, ABŞ-ın regiondan tamamilə çıxması, ölkələrin suverenliyinə hörmət və yeni geosiyasi reallıqların qəbul edilməsi ilə təmin edilə bilər”.

XİN rəsmisi Hörmüz boğazının İranı tam nəzarəti altında qalacağını da  sözlərinə əlavə edib.

Xatırladaq ki, dünən Mərkəzi Silahlı Qüvvələr Komandanlığı Bəhreyndə Misir, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yəməndən yüksək səviyyəli hərbi rəsmiləri ilə regional təhlükəsizlik platforması adı altında görüş keçirib. Görüşdə bölgədəki mövcud təhlükəsizlik vəziyyəti, müdafiə sektorunda əməkdaşlığın gücləndirilməsi və ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsi və sair məsələlər müzakirə olunub.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR