Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub

Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub  

DÜNYA

Bugün, 15:26

Hindistan hökuməti ABŞ-a etiraz notası verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Hindistan XİN məlumat yayıb.

Bildirilib ki, 10 iyunda Oman sahillərində ABŞ hərbçiləri Palau bayrağı altında üzən "MT Settebello" tankerinə zərbə endirib: “Zərbə zamanı gəmidə olan üç hind dənizçi də həlak olub.

Bununla bağlı ABŞ-ın müvəqqəti işlər vəkili Ceyson Miki Xarici İşlər Nazirliyinə çağırılıb. Amerikalı diölomatdan hadisə barədə izahat istənilib, daha sonra isə ona nota təqdim olunub.

Xatırladaq ki, vurulan "MT Settebello"da  24 nəfərlik heyətin hamısı hindli olub, onlardan 3-ü hadisə zamanı ölüb.

Oman Hərbi Dəniz Qüvvələri ilə koordinasiyalı şəkildə tankerdə qalan 21 heyət üzvü isə xilas edilib.

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR