Qara dənizdə Türkiyə gəmisinıə hücum olub – Bir nəfər ölüb, 4 yaralı var

Qara dənizdə Türkiyə gəmisinıə hücum olub – Bir nəfər ölüb, 4 yaralı var  

GÜNDƏM

Bugün, 22:40

Bu gün Qara dənizin Krım yarımadasına yaxın bölgədə Türkiyə bayrağı altında üzən balıqçı qayığına hücum olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumaty yayıb.

Bildirilib ki, Krım yarımadasının qərbində, Sevastopol sahilində Türkiyə bayrağı altında üzən "DURU 67" balıqçı qayığına hücum zamanı  qayıqda olan beş nəfərdən biri ölüb, dörd nəfər yaralanıb:

“Yaralılar əraziyə yaxın olan daha bir türk qayığı olan "BURAK KAYA" qayığındakıların köməyi ilə təxliyə olunaraq Sahil Mühafizəsinə təhvil verilib".

Məlumatda hücumun hansı ölkə qüvvələri tərəfindən olunduğu açıqlanmayıb.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR