Qara dənizdə Türkiyə gəmisinə hücum olub – Bir nəfər ölüb, 4 yaralı var  

Qara dənizdə Türkiyə gəmisinə hücum olub – Bir nəfər ölüb, 4 yaralı var  

GÜNDƏM

05.06.2026, 22:40

Bu gün Qara dənizin Krım yarımadasına yaxın bölgədə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Krım yarımadasının qərbində, Sevastopol sahilində Türkiyə bayrağı altında üzən "DURU 67" balıqçı qayığına hücum zamanı  qayıqda olan beş nəfərdən biri ölüb, dörd nəfər yaralanıb:

“Yaralılar əraziyə yaxın olan daha bir türk qayığı olan "BURAK KAYA" qayığındakılarının köməyi ilə təxliyə olunaraq, Sahil Mühafizəsinə təhvil verilib".

Məlumatda hücumun hansı ölkə qüvvələri tərəfindən olunduğu açıqlanmayıb.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR