"Real Madrid"in hazırkı prezidenti: “Əgər yenidən seçilsəm…”  

\"Real Madrid\"in hazırkı prezidenti: “Əgər yenidən seçilsəm…”  

İDMAN

Bugün, 00:56

“Real Madrid” klubunda bazar günü keçiriləcək prezident seçkilərinə qatılan hazırkı president Florentino Perez məşhur məşqçi Joze Mourinyo barədə ilk rəsmi açıqlamasını verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, seçiləcəyi təqdirdə, Joze Mourinyonu komandanın başına gətirəcəyini təsdiqləyib: “Bəli, onunla danışmışam. O, ”Real” dönməyi səbirsizliklə gözləyir”.

Klub prezident daha sonra reklam rolikii nümayiş etdirib və orada Joze Mourinyo "Real Madrid" formasında yer alıb.

Xatırladaq ki, Joze Mourinyo əvvəllər 2010-2013-cü illər arasında "Real Madrid"də baş məşqçi işləyib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR