Kirayə qiymətləri və ya vergi siyasəti nəyi dəyişəcək?
İQTİSADİYYAT
03.06.2026, 16:17
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, 2026-cı ildən Azərbaycanda fiziki şəxslərin yaşayış sahələrini digər fiziki şəxslərə kirayəyə verməsindən əldə etdikləri gəlirlər üzrə vergi yükü azaldılıb.
Əvvəllər 14 faiz olan vergi dərəcısi 10 faizə endirilib. İlk baxışdan bu addım vətəndaşların xərclərinin azaldılmasına yönəlmiş vergi güzəşti kimi görünür. Lakin dəyişikliklər paketinə bütöv şəkildə baxdıqda aydın olur ki, hökumətin əsas hədəfi həm də kirayə bazarının daha geniş miqyasda rəsmiləşdirilməsidir.
Son illər Azərbaycanda daşınmaz əmlak bazarında ən sürətli böyüyən seqmentlərdən biri məhz kirayə mənzil sektorudur. Xüsusilə Bakı və ətraf ərazilərdə əhalinin artımı, regionlardan paytaxta miqrasiya, tələbə və əmək miqrasiyası kirayə mənzillərə tələbi artırıb. Bununla yanaşı, bazarın əhəmiyyətli hissəsi hələ də qeyri-rəsmi fəaliyyət göstərir və minlərlə kirayə müqaviləsi dövlət orqanlarında qeydiyyata alınmadan icra olunur. Məhz bu səbəbdən yeni vergi yanaşmasını fiskal güzəştlə yanaşı, davranış dəyişikliyi yaratmağa hesablanmış təşviq mexanizmi kimi qiymətləndirilə bilər. Vergi dərəcəsinin azaldılması ilə paralel olaraq qeydiyyatdan yayınmaya görə cərimələrin əhəmiyyətli dərəcədə artırılması diqqət çəkir. Bu yanaşma göstərir ki, dövlət gəlirləri gizlətməyin iqtisadi cəhətdən sərfəli olmamasına çalışır. Əslində, vergi siyasətində uzun illərdir tətbiq olunan beynəlxalq yanaşma bundan ibarətdir: aşağı vergi dərəcəsi müqabilində yüksək şəffaflıq tələb olunur. Dövlət hesab edir ki, vətəndaşların əhəmiyyətli hissəsi yüksək vergi yükündən çox, mürəkkəb qeydiyyat prosedurları və inzibati öhdəliklər səbəbindən fəaliyyətlərini rəsmiləşdirmirlər. Buna görə də bir tərəfdən vergi yükü azaldılır, digər tərəfdən nəzarət mexanizmləri gücləndirilir.
Ən maraqlı yeniliklərdən biri kirayə gəlirləri üzrə vergi agenti mexanizminin tətbiqidir. Bu mexanizm əslində Azərbaycanda peşəkar əmlak idarəetmə bazarının inkişafına təkan verə bilər. İnkişaf etmiş ölkələrdə kirayə mənzillərin əhəmiyyətli hissəsi fərdi qaydada deyil, idarəetmə şirkətləri vasitəsilə icarəyə verilir. Həmin şirkətlər müqavilələrin hazırlanması, ödənişlərin toplanması, vergilərin hesablanması və hüquqi prosedurları öz üzərinə götürür. Azərbaycanda da daşınmaz əmlak agentlikləri və proptech platformaları üçün yeni biznes imkanları yarana bilər. Nəticədə bazar daha institusional xarakter almağa başlayar.
Bəs, bu halda kirayə qiymətləri aşağı düşəcəkmi? Bu sual hazırda bazarın əsas müzakirə mövzularından biridir.
İqtisadi baxımdan vergi yükünün azalması nəzəri olaraq qiymətlərə müəyyən təsir göstərə bilər. Lakin praktiki baxımdan yaxın dövrdə kirayə qiymətlərində ciddi ucuzlaşma gözlənilmir.Bunun əsas səbəbi kirayə bazarında qiymətlərin vergi amilindən daha çox tələb və təklif balansı ilə müəyyən olunmasıdır. Bakı şəhərində kirayə mənzil təklifi məhdud olaraq qalır və bazarda tələb yüksəkdir. Belə şəraitdə ev sahiblərinin əldə etdikləri vergi qənaətini tam şəkildə kirayə haqqına transfer etməsi ehtimalı aşağıdır. Lakin orta müddətdə daha çox mənzilin rəsmi bazara çıxması təklifin genişlənməsinə səbəb ola bilər. Bu isə qiymət artımlarının tempini müəyyən qədər zəiflədə bilər.
Beynəlxalq təcrübəyə gəlincə, kirayə bazarının leqallaşdırılması istiqamətində oxşar siyasətlər bir sıra ölkələrdə uğurla tətbiq olunub.
Türkiyədə son illərdə elektron kirayə müqavilələri və bank köçürmələri üzərindən aparılan nəzarət mexanizmləri kölgə iqtisadiyyatının azalmasına kömək edib. Estoniyada kirayə gəlirlərinin bəyan edilməsi tam rəqəmsallaşdırılıb və vətəndaşların əksəriyyəti vergi öhdəliklərini avtomatik şəkildə yerinə yetirir. Böyük Britaniyada isə müəyyən həddə qədər kirayə gəlirlərinə güzəştlər tətbiq olunur ki, vətəndaşlar gəlirləri gizlətmək əvəzinə rəsmi şəkildə bəyan etməyə maraqlı olsunlar.
Bu təcrübələr göstərir ki, vergi dərəcəsinin aşağı olması təkbaşına nəticə yaratmır. Əsas məsələ rahat qeydiyyat, rəqəmsal xidmətlər və effektiv nəzarət mexanizmlərinin birlikdə tətbiq edilməsidir.
Yeni dəyişikliklərin qısa müddətdə büdcə daxilolmalarından daha çox bazarın strukturuna təsir göstərəcəyi gözlənilir. Əgər tətbiq mexanizmləri effektiv qurularsa kirayə müqavilələrinin rəsmiləşmə səviyyəsi yüksələcək, kölgə iqtisadiyyatının payı azalacaq. Həmçinin daşınmaz əmlak idarəçiliyi xidmətləri inkişaf edəcək, kirayə bazarı üzrə daha dəqiq statistika formalaşacaq.
Bundan başqa, ev sahibi və kirayəçi münasibətlərində hüquqi müdafiə güclənəcək.
Bu baxımdan, 2026-cı ildən qüvvəyə minəcək dəyişikliklərə sadəcə vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi kimi deyil, Azərbaycanın kirayə mənzil bazarının institusional inkişafına yönəlmiş islahat paketi kimi baxmaq daha məqsədəuyğundur.
Çinarə Ağayeva
Biznes məsləhətçi
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nazir məzunların köynəyini bir-bir imzaladı - VİDEO
Bugün, 12:32 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Kral III Çarlza təbrik məktubu göndərdi - MƏTN
Bugün, 12:02 GÜNDƏM
-
2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır
Bugün, 10:32 CƏMİYYƏT
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinində yoxlama necə bitib?
Bugün, 09:59 CƏMİYYƏT
-
Hikmət Hacıyev: "Bu, mənim üçün böyük şərəfdir"
Bugün, 09:08 SİYASƏT
-
DÇ-2026: Kanada bərabərliyə razılaşdı, ABŞ darmadağın etdi
Bugün, 08:01 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
CHP-nin daha iki “ağır top"u istefa verdi
12.06.2026, 22:25 SİYASƏT
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
12.06.2026, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
12.06.2026, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
12.06.2026, 20:06 İDMAN
-
İran XİN başçısı ABŞ-la anlaşmaya yaxın olduqlarını deyir
12.06.2026, 19:51 GÜNDƏM
-
Facebook, Messenger və İnstagram dünya miqyasında çökdü
12.06.2026, 18:52 PRESS
-
Netanyahu İlham Əliyevi təbrik etdi: "Əziz dost..."
12.06.2026, 18:20 GÜNDƏM
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
12.06.2026, 18:13 SİYASƏT
-
TRAMP SAZİŞİ İNKAR EDƏN İRANA BARMAQ SİLKƏLƏDİ: “Ağıllı olun!
12.06.2026, 18:01 GÜNDƏM
-
Mourinyonun Arda Gülərlə bağlı yeni planı var
12.06.2026, 17:43 İDMAN
-
Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb
12.06.2026, 17:29 GÜNDƏM
-
Rəsmi Tehran: “Bazar günü Cenevrədə ABŞ-la…”
12.06.2026, 17:22 GÜNDƏM
-
“Sədərək”də biznesmen bıçaqlandı
12.06.2026, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.06.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında saziş imzalandı - Metropolitenlə bağlı
12.06.2026, 16:54 İQTİSADİYYAT
-
Gülşən Cumayevaya yeni vəzifə verildi
12.06.2026, 16:46 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatları: 90%-dən çoxu dollarladır
12.06.2026, 16:33 İQTİSADİYYAT
-
“Beşiktaş”ın sabiq baş məşqçisi “Liverpul”dan ayrıldı
12.06.2026, 16:21 İDMAN
-
DÇ-2026: bu gün hansı komandalar meydana çıxacaq?
12.06.2026, 16:11 İDMAN
-
Xalq artisti: "Görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar dodaqlarını həddindən artıq böyüdür"
12.06.2026, 15:59 ŞOU-BİZNES
-
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ oldu - Açıqlamalar (YENİLƏNİB)
12.06.2026, 15:42 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi növbəti fişinq kampaniyası aşkarlayıb
12.06.2026, 15:40 PRESS
-
Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub
12.06.2026, 15:26 DÜNYA
-
İrandan Hörmüz boğazı barədə - Açıqlama
12.06.2026, 15:10 DÜNYA
-
TƏBİB-də yoxlamalar davam edir: 9 nəfərlə müqaviləyə xitam verilib, 31 nəfər isə... (SİYAHI)
12.06.2026, 15:08 CƏMİYYƏT
-
Məcburi köçkünlərlə bağlı qanunlar dəyişdi
12.06.2026, 14:51 GÜNDƏM
-
SAXTA ŞİRKƏTLƏR YARADANLAR QANDALLANDI - 10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
12.06.2026, 14:40 GÜNDƏM