Rusiyanın Londondakı səfiri XİN-ə çağırıldı

Rusiyanın Londondakı səfiri XİN-ə çağırıldı  

GÜNDƏM

Bugün, 00:15

Rusiyanın Londondakı səfiri Andrey Kelin Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Rusiyanın  Ukraynaya son ağır hücumları və Rumıniyada yaşayış binasına rus dronunun çırpılması olub.

Böyük Britaniya Xarici İşlər Nazirliyindən bildirilib ki, səfirə NATO ərazisində günahsız mülki şəxslərə zərər verməyin qəbuledilməz olduğu xatırladılıb və ondan izahat istənilib: “Görüşdə NATO ərazisinin hər kvadrat santimetrini müdafiə ediləcəyi səfirin diqqətinə çatdırılıb. Həmçinin, Rusiyanın Ukraynaya yüzlərlə dron və raket ataraq və qonşu ölkələri təhdid edərək mülki həyatı açıq şəkildə görməzdən gəlməsini, eyni zamanda, diplomatlara Kiyevi tərk etmək barədə xəbərdarlıqları məsuliyyətsiz təhdid olduğu izah olunub. Böyük Britaniya Ukrayna, Rumıniya və bütün NATO müttəfiqləri ilə möhkəm iradəyə əsaslanan birlik içindədir".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR