“Unibank” bu şirkətdəki payını digər banka satıb

“Unibank” bu şirkətdəki payını digər banka satıb

İQTİSADİYYAT

03.06.2026, 23:57

Azərbaycanın kommersiya banklarından biri olan “Unibank” ASC də ölkənin prosessinq mərkəzi “Milli Kart” MMC-nin nizamnamə kapitalındakı payının tam satıb.

Mia.az xəbər verir ki, “Unibank” “Milli Kart” MMC-də 6.7%-lik mülkiyyət payına sahib idi və bu investisiyanın balans dəyəri 400 min manat təşkil edirdi.

Məlumata görə, “Unibank” “Milli Kart”ın nizamnamə kapitalındakı paylarını “Azərbaycan Sənaye Bankı” ASC-yə satıblar. Beləliklə, prosessinq mərkəzinin səhmdarlarının sayı azalaraq 4-ə düşüb. Bunlar “Azərsun Holdinq” MMC, “Azərbaycan Sənaye Bankı” ASC, “TuranBank” ASC və “Bank of Baku” ASC-dir.

Hazırda “Unibank”ın “Azərbaycan Kredit Bürosu” (12.5%), “Bakı Fond Birjası” (4.8%) və “S.W.I.F.T SCRL”da (3.4%) iştirak payı var/banker.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR