Daha 3 məşhurun narkotesti açıqlandı: pozitiv!

Daha 3 məşhurun narkotesti açıqlandı: pozitiv!

ŞOU-BİZNES

Bugün, 19:43

İstanbulda ötən ayın sonu saxlanılaraq narkotest müayinəsinə göndərilən məşhurlardan daha 3-nün qan və saçında narkotik maddə aşkarlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Istanbul prokurorluğunun təqdimatıyla Məhkəmə Tibbi Ekspertizası İnstitutuna qan və saç nümunələri təqdim edən Onur Tuna, Özgür Deniz Cellat və Zehra Hanzade Gürkanların test nəticələri pozitiv çıxıb: “Onur Tuna və Özgür Deniz Cellat nümunələrində THC patı aşkar edilib. Zehra Hanzade Gürkanların isə qan və saç nümunələrində kokain metabolitləri aşkarlanıb”

Məlumata görə, adıçəkilənklərlə birgə saxlanılan Mirgün Sırrı Cabas, Tuğçe Postoğlu, Cansu Tekin və Berkay Şahinin test nəticələri isə mənfi olub.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR