"Yığılan pullar Rəşad Bədəlova verilirdi" - Bulvar İdarəsinin sabiq rəisinin məhkəməsi davam edir
KRİMİNAL
03.06.2026, 16:40
Bakı Ağır Cinayətlər Məhkəməsində "Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Mia.az Lent.az-a xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid H.S təqsirləndirilən şəxslərdən İ. Mustafayevi tanıdığını bildirib: "Mən 2010-2019-cu illərdə Bulvar İdarəsində işləmişəm, karuseldə operator idim. Mənim pul, maliyyə məsələlərinə heç bir aidiyyatım olmayıb".
Şahid Ə.A təqsirləndirilənləri tanıdığını deyib: "2015-ci ildən Bulvar İdarəsində kommunal xidmətdə çalışırdım. Yığılan pullar Rəşad Bədəlova verilirdi. O pullardan arada 300-500 manat premya kimi də verirdilər. Əsas işim təchizat, anbar işi olub. Mən birinci ora Şirvan müəllimə kömək üçün gedirdim, sonra özüm davam elədim".
Şahid Q.E bildirib ki, kommunal sektorun işçisi olub:
"Maaşı rəsmi, kartla alırdım. Vergini öz şəxsi işimə görə verirdim, şəxsi dükanım vardı. Mən sahibkar olmamışam. Sahibkar olsaydım, niyə gedib maaşa işləyirdim ki?".
Şahid M.A müqavilə əsasında işlədiyini deyib:
"Gündəlik 15-20 manat alırdım. Mən rəhbər kimi Vüqar müəllimi tanımışam. Biletlərə üç nəfər nəzarət edirdi".
Növbəti proses 17 iyun saat 10:00-a təyin olunub.
Xatırladaq ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.
Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nazir məzunların köynəyini bir-bir imzaladı - VİDEO
Bugün, 12:32 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Kral III Çarlza təbrik məktubu göndərdi - MƏTN
Bugün, 12:02 GÜNDƏM
-
2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır
Bugün, 10:32 CƏMİYYƏT
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinində yoxlama necə bitib?
Bugün, 09:59 CƏMİYYƏT
-
Hikmət Hacıyev: "Bu, mənim üçün böyük şərəfdir"
Bugün, 09:08 SİYASƏT
-
DÇ-2026: Kanada bərabərliyə razılaşdı, ABŞ darmadağın etdi
Bugün, 08:01 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
CHP-nin daha iki “ağır top"u istefa verdi
12.06.2026, 22:25 SİYASƏT
-
Baş nazirdən dünyaya müjdəli xəbər: “ABŞ və İran sülhə çox yaxındır, artıq mətn hazırdır"
12.06.2026, 22:25 GÜNDƏM
-
Daha 23 azərbaycanlı Suriyadan repatriasiya olunub
12.06.2026, 21:15 SİYASƏT
-
Vernidubun “Neftçi”si iki yol arasında - Baş məşqçi mediadan yenə küsəcək?
12.06.2026, 20:06 İDMAN
-
İran XİN başçısı ABŞ-la anlaşmaya yaxın olduqlarını deyir
12.06.2026, 19:51 GÜNDƏM
-
Facebook, Messenger və İnstagram dünya miqyasında çökdü
12.06.2026, 18:52 PRESS
-
Netanyahu İlham Əliyevi təbrik etdi: "Əziz dost..."
12.06.2026, 18:20 GÜNDƏM
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
12.06.2026, 18:13 SİYASƏT
-
TRAMP SAZİŞİ İNKAR EDƏN İRANA BARMAQ SİLKƏLƏDİ: “Ağıllı olun!
12.06.2026, 18:01 GÜNDƏM
-
Mourinyonun Arda Gülərlə bağlı yeni planı var
12.06.2026, 17:43 İDMAN
-
Ağ Evin həyətindəki "86 47" işarəsi: bu, kimə mesajdır? - Araşdırma başlayıb
12.06.2026, 17:29 GÜNDƏM
-
Rəsmi Tehran: “Bazar günü Cenevrədə ABŞ-la…”
12.06.2026, 17:22 GÜNDƏM
-
“Sədərək”də biznesmen bıçaqlandı
12.06.2026, 17:09 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.06.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında saziş imzalandı - Metropolitenlə bağlı
12.06.2026, 16:54 İQTİSADİYYAT
-
Gülşən Cumayevaya yeni vəzifə verildi
12.06.2026, 16:46 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatları: 90%-dən çoxu dollarladır
12.06.2026, 16:33 İQTİSADİYYAT
-
“Beşiktaş”ın sabiq baş məşqçisi “Liverpul”dan ayrıldı
12.06.2026, 16:21 İDMAN
-
DÇ-2026: bu gün hansı komandalar meydana çıxacaq?
12.06.2026, 16:11 İDMAN
-
Xalq artisti: "Görürük ki, cəmi 25-30 yaşı olan aktrisalar dodaqlarını həddindən artıq böyüdür"
12.06.2026, 15:59 ŞOU-BİZNES
-
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ oldu - Açıqlamalar (YENİLƏNİB)
12.06.2026, 15:42 GÜNDƏM
-
Milli Kibertəhlükəsizlik Agentliyi növbəti fişinq kampaniyası aşkarlayıb
12.06.2026, 15:40 PRESS
-
Hindistan XİN ABŞ-a nota verdi - Gəmi vurulub, dənizçilər həlak olub
12.06.2026, 15:26 DÜNYA
-
İrandan Hörmüz boğazı barədə - Açıqlama
12.06.2026, 15:10 DÜNYA
-
TƏBİB-də yoxlamalar davam edir: 9 nəfərlə müqaviləyə xitam verilib, 31 nəfər isə... (SİYAHI)
12.06.2026, 15:08 CƏMİYYƏT
-
Məcburi köçkünlərlə bağlı qanunlar dəyişdi
12.06.2026, 14:51 GÜNDƏM
-
SAXTA ŞİRKƏTLƏR YARADANLAR QANDALLANDI - 10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
12.06.2026, 14:40 GÜNDƏM