"Fənərbaxça" prezidentliyinə namizəd daha bir məşhuru İstanbula gətirmə planı qurub

\"Fənərbaxça\" prezidentliyinə namizəd daha bir  məşhuru İstanbula gətirmə planı qurub

İDMAN

Bugün, 11:21

"Fənərbaxça" prezidentliyinə namizəd  Hakan Safi seçiləcəyi təqdirdə, "Napoli"dən ayrılan məşhur məşqçi Antonio Konte ilə ilə yanaşı, daha bir məşhuru İstanbula gətirmə planı qurub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu dəfə "Barselona"dan ayrılan 37 yaşlı polşalı hücumçu Robert Levandovskini razı salıb.

Məlumata görə, Hakan Safi ona illik 10 milyon avro maaş və iki illik müqavilə təklif edib və buna razılıq alıb.

Transfer xəbərini Levandovskinin həyat yoldaşı Anna Levandovskaya da paylaşımı ilə təsdiqləyib: "Türkiyəyə yol görünür".

Xatırladaq ki, 37 yaşlı ulduz hücumçu ötən mövsüm "Barselona"da 46 rəsmi matçda 19 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR