Dünyanın sirli ölkəsində yeni kəşflər: İŞIQ SAÇAN HÖRÜMÇƏK, YARASA MİLÇƏKLƏR...

Dünyanın sirli ölkəsində yeni kəşflər: İŞIQ SAÇAN HÖRÜMÇƏK, YARASA MİLÇƏKLƏR...

GÜNDƏM

Bugün, 00:18

Qlobal biomüxtəlifliyin sürətlə çökdüyü bir vaxtda Afrikanın sirli ölkəsi hesab olunan Anqoladakı ucqar bir bataqlıq ərazisində elmi ictimaiyyət tərəfindən əvvəllər heç vaxt görülməmiş onlarla yeni növ aşkarlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Anqolanın dağlıq ərazilərindəki Lysima bataqlığında aparılan araşdırma zamanı indiyə qədər rast gəlinməyən yeni hörümçək, böçək və müxtəlif  həşəratlar kəşf olunub: “Afrikanın Konqo, Zambezi və Okavango kimi ən böyük çay sistemlərini qidalandıran bu geniş bataqlıq ərazi, əlçatmaz coğrafiyası və 2002-ci ildə başa çatan dağıdıcı 27 illik vətəndaş müharibəsi səbəbindən indiyə qədər elmi dünyadan tamamilə uzaq qaldığındanbu ilin fevral ayına qədər tədqiq edilməyib. Fevrallda isə "Həyat Mənbəyi" kimi tanınan bölgədə aparılan araşdırma zamanı isə 16 yerli və beynəlxalq mütəxəssisdən ibarət tədqiqat qrupu hələ elmə daxil edilməmiş onlarla yeni növü qeydə alıb. Sözsüz ki, rəsmi identifikasiya prosesləri başlayanda siyahıya daha çox növün əlavə olunacaq. Bunların içərisində ultrabənövşəyi işıqda parlayan mavi rəngdə parlayan taclı xərçəng hörümçəyidir ki, bu da elm adamlarının hələ izah edə bilmədiyi hadisədir. Digər maraqlı kəşf isə yırtıcılardan qorunmaq üçün zəhərli ladybuqların görünüşünü mükəmməl şəkildə təqlid edən orbital hörümçək növüdür. Bu tədqiqatla regionda qeydə alınan 103 iynəcə növündən 8-nin, eləcə də 8 yeni güvə növü və 3 fərqli çəyirtkə növünün dünyada ilk dəfə sənədləşdirildiyini əminliklə söyləmək olar”.

Tədqiqatçılar yalnız yeni növlərlə qarşılaşmayıblar. Bildirilib ki, bataqlıqda dünyanın ən uzun zəhərli dişlərinə sahib olan Qabon ilanı, qan sormaq üçün yarasa cildində üzən milçək kimi təbiətin ən qeyri-adi məlum üzvləri də kəşf edilib.

Mütəxəssislər deyir ki, bu yeni kəşf edilmiş canlıların böyük bir hissəsi çox dar yaşayış sahələrinə malik olduğundan insan təhdidlərinə qarşı son dərəcə həssas hədəf sayılırlar: “Xüsusilə, çayın keyfiyyətini pisləşdirən mədənçilik fəaliyyətləri, eləcə də bölgədə meşələrin qırılması və yanğın bu həssas canlıların soyunu təhdid edir”.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR