Rəsmi Tehran: “Küveyt Hava Limanını biz deyil, ABŞ vurub”

Rəsmi Tehran: “Küveyt Hava Limanını biz deyil, ABŞ vurub”  

DÜNYA

03.06.2026, 23:42

“Küveytin hava limanını bz deyil, ABŞ Patriot Hava Müdafiə Sisteminin buraxdığı raketi vurub”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri bəyanat yayıb.

Bəyanatda Küveyt Hava Limanının sərnişin terminalının dağıdılması faktına münasibət bildirilib. Qeyd edilib ki, İran raketlərini ələ keçirə bilməyən Amerika Patriot sistemlərindən buraxılan raket nasazlıq səbəbindən hava limanına düşüb.

Xatırladaq ki, Küveyt ordusu İranın kamikaze dron hücumunun Küveyt Hava Limanındakı sərnişin terminalı binasına ziyan vurduğunu, ölən və çox sayda insanın yaralandığını açıqlayıb.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR