Özgür Özəl sabiq deputatları da parlamentə toplayır

Özgür Özəl sabiq deputatları da parlamentə toplayır

DÜNYA

Bugün, 13:11

Məhkəmə qərarıyla CHP sədrliyindən uzaqlaşsdırıldıqdan sonra açıq səsvermə ilə partiyanın deputat fraksiyasının sədri seçilən  Özgür Özelin bu gün yerli vaxtla saat 13.30-da (Bakı vaxtı ilə 14.30) ilk toplantısınınbaş ttub-tutmayacağı sual altındadır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kamal ılıçdaroğlunun onları əngəlləmək cəhdinə cavab olaraq Özgür Özəli dəstəkləyən 111 deputat 2.5 saat əvvəldən parlamentdəki toplantı zalına gəliblər.

Məlumata görə, bununla yetinməyən Özgür Özəl CHP-nin sabiq deputatlarını da iclasa dəvət edib: “Bu səbəbdən iclasda indiki və keçmiş deputatlar daxil olmaqla, 300 nəfərdən çox iştirakçı gözlənilir”.

CHP Hataydan millət vəkili Sərvət Mullaoğlu zala daxil olarkən bildirib ki, bu gün  tarixi hadisə yaşanır: “Həyəcanlıyıq, bu, tarixi bir gündür. Tarixə şahid olmaq üçün yerlərimizi daha tez tutmaq üçün erkn gəldim”.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR