Küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub
CƏMİYYƏT
Bugün, 09:12
Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Mia.az xəbər verir ki, sabah gündüzədək bəzi ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Fənərbaxça" prezidentliyinə namizəd daha bir məşhuru İstanbula gətirmə planı qurub
Bugün, 11:21 İDMAN
-
“Qalatasaray” İkardiyə vaxt verdi: "Ya razılaş, ya get!"
Bugün, 11:05 İDMAN
-
Mətbuat katibi vəzifədən getdi
Bugün, 10:57 PRESS
-
Cinayət Məcəlləsi və Cəzaların İcrası Məcəllə təkmilləşdiriləcək - Milli Məclisə tövsiyə qərarı göndərildi
Bugün, 10:54 KRİMİNAL
-
Azərbaycanda yeni komissiya yaradılıb - Sərəncam
Bugün, 10:53 GÜNDƏM
-
Keniya Ali Məhkəməsinin sədri Qarabağ bölgəsində - FOTOLAR
Bugün, 10:42 CƏMİYYƏT
-
Azərbaycanda süni intellekt və data mərkəzi yaradılacaq
Bugün, 10:42 İQTİSADİYYAT
-
ABŞ Azərbaycana yeni səfir göndərir - Aleksandr Olden namizədliyi irəli sürülüb
Bugün, 10:39 SİYASƏT
-
İrandan Rusiyaya "kahı" aparan maşından 22 kq narkotik çıxdı - FOTO
Bugün, 10:30 KRİMİNAL
-
Ziyalı qorxanda cəmiyyət diz çökür: "...sanki Azərbaycanın dərd-səri daha Ramiz Rövşənlik deyil"
Bugün, 10:24 SİYASƏT
-
“Space” TV-də maaş böhranı yaşanır - VİDEO
Bugün, 10:19 PRESS
-
Fuad Çıraqov ETN-dən getdi - O, səfirlikdə işləyəcək
Bugün, 10:11 SİYASƏT
-
AAYDA rəsmisi ilə şirkət rəhbəri arasında qalmaqal - 380 min manat... + SƏNƏDLƏR
Bugün, 10:00 CƏMİYYƏT
-
Azərbaycan nefti: qiymət 6.5 dolar qalxdı
Bugün, 09:49 İQTİSADİYYAT
-
ÖZGÜR ÖZƏLİN MÜDHİŞ PLANI: partiyadan qovulmaq, yeni partiyaya qatılmaq və...
Bugün, 09:33 SİYASƏT
-
111 deputatın müraciətindən gen gəzən 27 deputat: onlar kimlərdir?
Bugün, 09:25 SİYASƏT
-
Küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub
Bugün, 09:12 CƏMİYYƏT
-
Rusiya ordusu Kiyevi bombalayır: “Şəhər intensiv hücum altındadır”
Bugün, 08:58 GÜNDƏM
-
Avropa çempionatı: Azərbaycan millisi Çexiya ilə "döyüşəcək"
Bugün, 08:56 İDMAN
-
Netanyahu Trampı təkzib etdi: "Livana hücum davam edəcək"
Bugün, 00:30 GÜNDƏM
-
SEPAH İsrailin şimalında yaşayanlara xəbərdarlıq edib
Bugün, 00:29 DÜNYA
-
111 deputat Kılıçdaroğluna qarşı çıxdı, “qurultay” dedi – SİYAHI
Bugün, 00:12 SİYASƏT
-
Tarkan konsert verəcək – Məhdud sayda biletlər pulsuz paylanacaq
Bugün, 00:11 MƏDƏNİYYƏT
-
Tramp İranın qərarından xəbərsizdir: "Amma bu, o demək deyil ki, dərhal..."
Bugün, 00:05 GÜNDƏM
-
Rusiyadan xaricə pul köçürülməsi... – Qadağa uzadıldı
Bugün, 00:02 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
İranın danışıqlardan geri çəkilməsi Trampı "ayağa qaldırdı" - "Netanyahu və "Hizbullah"la danışdım, artıq..."
01.06.2026, 23:31 DÜNYA
-
Ərdoğanın daha bir nəvəsi dünyaya gəlib
01.06.2026, 22:13 GÜNDƏM
-
Prezident İlham Əliyev Bakı Enerji Həftəsində - Mühüm mesajlar verildi, 7.5 milyard dollarlıq yeni sənədlər imzalandı + FOTOLAR (YENİLƏNİİB)
01.06.2026, 22:08 GÜNDƏM
-
Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə görüşdü - Nələr müzakirə edilib?
01.06.2026, 21:57 SİYASƏT
-
Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilib - Sabah istifadəyə veriləcək
01.06.2026, 21:48 İQTİSADİYYAT
-
Müsavatda iclas: İT mütəxəssisinin ölümü, məhbusların tibbi xidmət problemi və...
01.06.2026, 21:23 SİYASƏT
-
Maliyyə Nazirliyində struktur islahatı: regional idarələr ləğv olundu, yeni qurum yaradıldı
01.06.2026, 20:00 İQTİSADİYYAT
-
Ərdoğandan CHP-dəki “çevriliş”ə ilk - Reaksiya
01.06.2026, 19:53 SİYASƏT