ÖZGÜR ÖZƏLİN MÜDHİŞ PLANI: partiyadan qovulmaq, yeni partiyaya qatılmaq və...  

ÖZGÜR ÖZƏLİN MÜDHİŞ PLANI: partiyadan qovulmaq, yeni partiyaya qatılmaq və...  

SİYASƏT

Bugün, 09:33

Məhkəmə qərarıyla CHP-nin sədri postuna geri dönən Kamal Kılıçdaroğlu ilə partiyanın 138 deputatından 111-nin də dəstəklədiyi əvvəlki sədr Özgür Özəl arasında “iplər qopur”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu iddianı jurnalist Sinan Burhan TV100-ə açıqlamasında irəli sürüb.

Onun iddiasına görə, Özəl və komandası bir həftə içində Kılıçdaroğlu və yeni komandasının inzibati qərarıyla partiyadan qovulacaq: "CHP Özəli bir həftə ərzində partiyadan çıxaracaq. Özgür Özəl və komandası legitimlik məkanı yaratmaq məqsədiylə özləri buna çox ağıllışəkildə zəmin hazırlayıblar”.

Onun iddiasına əsasən, Özəl və güclü komandası bundan sonra CHP davası etməyəcək və bunun əvəzinə Türkiyə Alyansına bənzər liberal mərkəz cəbhəsi yaradacaq: "Bu müdhiş planın anonsunu ötən gün Əkrəm İmamoğlu da həbsdən verdi. O dedi ki, yeni yol inşa edib iqtidara gələcəklər. Burada yeni bir komanda, yeni bir heyət, yeni bir partiyadan söhbət gedir.

Bəs bu yeni partiya necə qurulacaq? Hazırkı şəraitdə Özgür Özəl və komandası CHP-də qalsa, yeni bir partiya yaratmaq mümkün deyil. Buna görə də Özgür Özəl və komandası legitimlik məkanı yaratmaq məqsədiylə ilk növbədə özləri CHP-dən getməyəcəklər. Elə bir vəziyyət yaradacaqlar ki, Kılıçdarolu onları uzaqlaşdıracaq qərarı verəcək. 111 deputatın qurultay tələbi də bu planın tərkib hissəsidir. Mənim təfsirim belədir. Nə demək istədiyim bir həftə ərzində daha yaxşı anlaşılacaq. Gözləyək, görəcəyik. Bir həftə ərzində CHP Özəli partiyadan xaric edəcək. Cənab Özgürün komandası və heyəti bir şey üzərində işləyir. Mən araşdırma apardım. Partiya rəhbərləri və partiyaya intellektual töhfə verənlərlə danışdım. Yeni bir partiya bayrağı altında fəaliyyət qaçılmazdır. Və bu partiya yenidən qurulmayacaq. Görəcəksiniz, iyulun sonu, avqustun əvvəlində Özgür Özel və komandası yeni bir partiya yaratmaq əvəzinə, mövcud bir partiyaya qatılacaq. Çünki yeni bir partiya uzun bir hüquqi prosedurdur. Bu, Özəl və komandasını da seçkidən kənarda qoya bilər”.

Xatırladaq ki, 111 deputat müraciətində Kılıçdaroğlun “topa tutub”, partiyanın isə 12 iyul 2026-cı ildə fövqəladə Qurultay keçirməsini tələb ediblər.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR