AAYDA-da daha bir təyinat - Vüsal Nəsirli Maliyyə şöbəsində dəyişiklik etdi

AAYDA-da daha bir təyinat - Vüsal Nəsirli Maliyyə şöbəsində dəyişiklik etdi

CƏMİYYƏT

Bugün, 12:05

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni təyinat olub.

Məlumata görə, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, Babayev Həsən Namiq oğlu qurumun Maliyyə və İqtisadiyyat şöbəsinin müdir müavini təyin edilib.

Qeyd edək ki, H.Babayev bundan əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Maliyyə departamentinin Maliyyə Nəzarəti və Hesabatlılıq şöbəsinin müdiri olub/Unikal.

Mia.az-ın əldə etdiyi məlumata görə, yeni müavin yaxın aylarda müdir təyin olunacaq: "O,buradakı sistem v ə işi mənimsəyənə qədər müavin kimi çalışacaq. Uzağı, 3 aya isə yüksək maaşla müdir təyin olunacaq. Razılaşma belə olub...".

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR