DOST Agentliyində yeni təyinatlar olub

DOST Agentliyində yeni təyinatlar olub

CƏMİYYƏT

Bugün, 19:10

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin filiallarında yeni təyinatlar olub.

Mia.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə müvafiq əmrlər imzalanıb.

Əmrlərə əsasən, Xudanlı Faiq Elman oğlu Qarabağ DOST Evi şöbəsinin müdiri, Kamranlı Kamran Cəlilağa oğlu İsmayıllı DOST Evi filialının direktoru təyin olunublar.

Qeyd edək ki, Faiq Xudanlı təyinatına qədər DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialının direktoru vəzifəsində, Kamran Kamranlı isə Qarabağ DOST Evi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR