111 deputat Kılıçdaroğluna qarşı çıxdı, “qurultay” dedi – SİYAHI

111 deputat Kılıçdaroğluna qarşı çıxdı, “qurultay” dedi – SİYAHI  

SİYASƏT

Bugün, 00:12

Məhkəmə qərarıyla CHP-nin sədri postuna geri dönən Kamal Kılıçdaroğluna qarşı partiyada “bunt” sədaları yüksəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq partiyanın 111 deputatı ortaq bəyanat yayaraq təcili qurultay hazırlığına başlamağı tələb ediblər.

Deputatlar hətta yeni və fövləladə qurutayın tarixini də açqlayıblar: “Partiyamızın istiqamətini, gedişatını, taleyini və idarəçiliyini müəyyən edəcək yeganə güc üzvlərimiz arasından seçki yolu ilə seçilən nümayəndələrimizdir. Mövcud böhranın ölkəmizə və partiyamıza daha çox zərər verməsinin qarşısını almaq üçün fövqəladə qurultayımız mümkün qədər tez çağırılmalıdır. Partiyamız 25 iyul tarixinə qədər qurultay keçirməsə, seçkilərdə iştirak edə bilməmək riski ilə üzləşir. Bu kontekstdə Cumhuriyet Xalq Partiyasının iradəsinin bir daha və inkarolunmaz şəkildə təzahür etməsini təmin etmək üçün 12 iyul 2026-cı ildə fövqəladə Qurultay çağırılmasını tələb edirik...”.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR