Yenə "Qurd dərəsi”, yenə problem... - Sakinlərin şikayətinin ard-arası kəsilmir (VİDEO)
CƏMİYYƏT
01.06.2026, 12:42
""Qurd dərəsi”ndə işləyən 17 nömrəli marşrutun sərnişinlərdən biri bu avtobuslarda getməyin nə qədər zülm, narahatçılıq doğurduğunu olduğunu aydın göstəmək üçün video çəkib. Videodan görünür ki, avtobus yol boyu bərk silkələnilir və bu şəraitdə rahat yol getmək mümkün deyil".
Bu barədə Mia.az-a sakinlər məlumat verb.
Bildirilib ki, Sumqayıtın "Qurd dərəsi” adlanan yaşayış massivi sosial problemləri haqda mətbuatda çox yazılıb. Lakin Sumqayıt şəhərindən cəmi 2-3 kilometr aralıda yerləşən "Qurd dərəsi" adlanan yaşayış massivi illərdir diqqətdən kənarda qalıb.
Sakinlər bildirir ki, dəfələrlə buranın sosial problemlərindən, əsasən də yolların bərbad olmasından, nəqliyyatın pis vəziyyətdə olmasından , kanalizasiyanın olmamasından icra hakimiyyətinə şikayət etsələr də, heç bir tədbir görülmür.
Halbuki, yol, nəqliyyat, kanalizasiya infrastrukturu , xəstəxanası, poliknikası, işıqlandırma sistemi olmayan, 10-15 km-ə qədər uzanan bu ərazidə 10 minə yaxın insan yaşayır.
Normalda bu ərazinin ən uzaq yerinə avtobusla 10 dəqiqəyə çatmaq mümkün olsa da sakinlər, narahat, köhnə, sovetdən qalan "PAZ” avtobusları ilə 45-50 dəqiqəyə, hətta 1 saata çatırlar.
Bunun da səbəbi bu yaşayış yerində yolların çox bərbad olmasıdır. Yollar "Qurd dərəsi”ndə çox az asfaltlanıb ,bəzi yerlər isə sırf sakinlərin öz hesabına hesabına daş, çınqıl, doğranmış şlak tökülüb birtəhər düzəldilir. Təbii ki, bu cür "təmir” də çox çəkmir. Yağışlı günlərdə, qışda isə buranın yolları gölməçələrin, palçığın əlindən lap keçilməz olur. Həm əsas, həm də evlərarası yolların bərbad olması burada yaşayan sakinlərə çox əziyyət verir.
Bu səbəbdən hətta taksi xidmətləri göstərən şirkətlər də bura sifariş götürmək istəmir.
"PAZ” sürücüləri deyir ki, ki, burada təzə avtobuslar tez sıradan çıxır və "Qurd dərəsi”nin yollarına ancaq sovet avtobusları tab gətirir.
Bu avtobuslarda sakinlər evə çatana qədər xeyli əziyyət çəkir . Sakinlər zarafatca deyir ki, bu marşrut müalicəvidir, böyrək daşlarını salır. Yəni bura bir neçə marşrut işləsə də sakinlər neçə illərdir yolsuzluqdan əziyyət çəkirlər. Əgər yollar təmir olunarsa burda müasir avrobuslar işləyə bilər və sakinlərin bu zülmünə son qoyular. Yəni buranın ən böyük, köklü problemlərindən biri, kanalizasiya problemindən başqa nəqliyyatdır. Sumqayıtda son dövrlər nəqliyyat sistemində yaxşıya doğru xeyli addımlar atılıb, şəhərdə köhnə avtobusların yerinə çoxlu sayda müasir tipli avtobuslar işləyir. Amma "Qurd dərəsi”ə bu inkşaf hələ çatmayıb.Bu məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) diqqət etsə idi yaxşı olardı.
Bir çox yerlərdə yollar sakinlərin öz hesabına daş, çınqıl və s. tökülərək müvəqqəti şəkildə düzəldilir. Yağışlı və qarlı günlərdə isə küçələr gölməçə və palçıqdan keçilməz olur. Bərbad yollar səbəbindən taksi şirkətləri də buraya sifariş qəbul etmək istəmirlər.
Ərazidə fəaliyyət göstərən 17,17a, 18 və 27 nömrəli marşrut xətləri yol infrastrukturunun yaxşılaşdırılmasına böyük ehtiyac var.
Hüseyn
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İrandan bir ilk: döyüş təyyarələri havalandı, İraq ərazisi poliqona çevrilir - "Biz başqa "dillər"də də danışmağı bilirik"
Bugün, 00:14 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
İran XİN: “MAQATE təzyiq vasitəsi kimi istifadə olunur”
09.06.2026, 21:01 DÜNYA
-
Tramp İranın hücumunu təsdiqlədi - Cavabımız ağır olacaq
09.06.2026, 20:47 GÜNDƏM
-
Naxçıvan Televiziyasının sabiq sədri vəzifəyə təyin olunub
09.06.2026, 20:38 PRESS
-
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
09.06.2026, 20:01 GÜNDƏM
-
Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verildi - Prezident fərman imzaladı
09.06.2026, 19:32 İQTİSADİYYAT
-
Əhliman Əmiraslanov Ağsaqqallar Şurası sədrinin birinci müavini, onlar isə... - SİYAHI
09.06.2026, 18:51 SİYASƏT
-
“BakıKart” kartlarının satış qiyməti qalxır
09.06.2026, 18:19 GÜNDƏM
-
Məşhur gecə klubunda dava - Mühafizəçilər həbs edildi
09.06.2026, 18:01 KRİMİNAL
-
"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" təsdiqlənib
09.06.2026, 17:59 GÜNDƏM
-
Polis əməliyyatı: bir qadın və kişi 72 kq narkotiklə saxlanıldı
09.06.2026, 17:32 KRİMİNAL
-
“BakuBus” dövriyyəsinin 40%-ə yaxınını büdcədən alır və bir avtobus aya 36 min manat yığırsa..." - Partiya sədri hesabat istəyir
09.06.2026, 17:18 İQTİSADİYYAT
-
Sabah Goranboy və Masallının bəzi kəndlərində qaz olmayacaq
09.06.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
09.06.2026, 17:00 İQTİSADİYYAT
-
İsrail Livanı yenə vurdu – Yaralılar var
09.06.2026, 16:49 DÜNYA
-
Baş nazir Əli Əsədov qərar imzalayıb
09.06.2026, 16:44 CƏMİYYƏT
-
Bu kollecə direktor təyin edilib
09.06.2026, 16:31 CƏMİYYƏT
-
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik olunub
09.06.2026, 16:30 CƏMİYYƏT
-
"Turan Tovuz" Şəhriyar Əliyevlə yollarını ayırb
09.06.2026, 16:16 İDMAN
-
Ərdoğan: “Türkiyə başqalarının ssenarilərində rol alan ölkə deyil”
09.06.2026, 16:07 GÜNDƏM
-
"Azercell" müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
09.06.2026, 16:00 İQTİSADİYYAT
-
DEPUTATLAR TOPLANIR: 10 məsələ müzakirə olunacaq - SİYAHI
09.06.2026, 15:45 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu Özgür və tərəfdarlarına "barmaq silkələyib": "Kirlənənlərin hamısını kəsib atacam" - VİDEO
09.06.2026, 15:34 SİYASƏT
-
Türkan Şorayın qızı “narkoman” olmadığını deyir: “Lazım gəlsə…” – FOTO
09.06.2026, 15:33 ŞOU-BİZNES
-
Hikmət Hacıyev bu məlumatı paylaşdı
09.06.2026, 15:24 SİYASƏT
-
AAYDA-da yoxlama genişlənib
09.06.2026, 15:14 GÜNDƏM
-
Dünya Millətlər Kuboku: 13 boksçumuz qatılacaq
09.06.2026, 15:06 İDMAN
-
“Qalatasaray” "Yuventus"un hücumçusunu istəyir - İllik 10 milyon maaş + 5 milyon avro bonus
09.06.2026, 15:01 İDMAN
-
Əli Kəriminin 3 mərtəbəli villası müsadirə olundu
09.06.2026, 14:58 İDMAN
-
Haqqın.az saytına yeni rəhbər təyin edilib - O, kimdir? (AÇIQLAMA)
09.06.2026, 14:25 PRESS
-
Baş nazirin sabiq müavini komendatla dalaşıb - O, xuliqanlıq maddəsiylə saxlanılıb və... (Yenilənib)
09.06.2026, 14:25 CƏMİYYƏT
-
Mansur Yavaş mövqeyni yenilədi - Özgür Özəllə Manisaya gedir
09.06.2026, 14:08 DÜNYA
-
İcra başçısına sui-qəsd işi üzrə məhkəmə... - Şikayət rədd olundu
09.06.2026, 13:49 KRİMİNAL