Qarabağ Regional Təhsil İdarəsi və Füzuli təhsilində dərəbəylikdir - Keçmiş direktor elə sözlər dedi ki...
CƏMİYYƏT
01.06.2026, 16:35
“Sosial media hesabımda direktoru olduğum məktəbin problemləri ilə bağlı tənqidi paylaşımlarıma, həmçinin yazılı əmr olmadan təhsil müəssisəsində yoxlama aparılmasına etirazlarıma görə cəzalandırılaraq işdən çıxarılmışam. Mayın 6-sı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun imzaladığı Əmrə əsasən mənimlə müqaviləyə Əmək Məcəlləsinin “70Ç” maddəsi əsasında (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilib”.
Mia.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Füzuli rayonu 33 nömrəli tam orta məktəbin keçmiş direktoru Mədinə Hallacova müraciət edib.
Onun sözlərinə görə, əmrdə Mədinə Hallacovanın əmək müqaviləsi üzrə öhdəliklərinin mütəmadi pozulduğu, məktəbdə şagird davamiyyəti yoxlanılanda onun üzrsüz səbəbdən iş yerində olmadığının ortaya çıxdığı iddia edilir: “2023-cü il aprelin 11-dən həmin məktəbə direktor kimi təyinat almışam. İşdən azad edilməyim haqda əmri oxuyanda mənə məlum oldu ki, haqqımda bir neçə akt tərtib ediblər. Füzuli rayonu üzrə təhsil sektoru o aktları nə vaxt, necə tərtib edib, məlum deyil. Əgər belə aktlar olubsa, niyə sonradan çağırıb mənə bu barədə məlumat verilməyib?
Mən bütün işlərimi qayda-qanunlar çərçivəsində görmüşəm. 2024-cü il sentyabrın 27-si şəhidlərin Anım Günü ilə əlaqədar ailələri ziyarət edərkən Füzuli rayonu üzrə təhsil sektorunun əməkdaşları məktəbə gəlib və çəkiliş ediblər. Bu çəkilişə görə mən Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etdim. Çünki heç kimin ixtiyarı yoxdur ki, gəlib bu şəkildə məktəbdə çəkiliş etsin, şantaj etsin. Onlar dedilər ki, çəkilişə icazələri var. Bununla bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu göndərildi”.
M.Hallacova qeyd edib ki, sosial şəbəkə hesabında paylaşımlarından sonra işdən çıxarılması qətiləşdirilib: “Rəhbərlik etdiyim məktəbdə yağış yağarkən ciddi problemlər, elektrik sistemində təhlükəli vəziyyət yaranırdı. Həm bunu, həm də məktəbdəki bir sıra başqa problemləri “Facebook” hesabında paylaşaraq ictimailəşdirdim. Bu paylaşımlardan sonra işdən çıxarılmağımı qətiləşdirdilər. Mən ADA-da ixtisasartırma təhsili alıram və orada praktika günüm olmalıydı. Bir də əvvəldən 25 günlük məzuniyyətim qalmışdı. Elektron şəkildə Füzuli rayonu üzrə təhsil sektoruna məktub göndərdim ki, sabah bu məsələ ilə əlaqədar Bakıya gedirəm. Mənə problem yaradılsın deyə təhsil sektorunun müdiri məzuniyyət götürüb və elektron ərizəmə baxmayıb. Axşam saat 10-da mənə zəng olundu ki, ərizə gərək əlbəəl verilsin. Dedim ki, eybi yox, sabah işçimə deyərəm, gətirib çatdırar. Ertəsi gün isə bildirdilər ki, ərizəniz keçərsizdir. Akt tərtib etdilər ki, Mədinə Hallacova iş yerində yoxdur. Bu cür davranmaqda məqsəd sosial şəbəkələrdəki tənqidlərimə görə məni işdən çıxarmaq üçün zəmin yaratmaq idi”.
Sözügedən şəxsin iddiaları ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Füzuli rayon 33 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan Hallacova Mədinə Məhəmməd qızı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib, Əmək Məcəlləsinin müvafiq maddəsinin, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın, Nazirliyin, Agentliyin və İdarənin təlimatlarının tələblərini pozub.
Nəticədə, adıçəkilən məktəbdə təlim-tərbiyə prosesi, əmək və icra intizamı pozulub, ümumi təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyib. Qeyd edilənləri nəzərə alaraq Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən adıçəkilən şəxs barəsində intizam tənbeh tədbiri tətbiq olunub və işindən azad edilib”.
Gülnar Əliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
NATO-nun AVROPA ÜZRƏ KOMANDANI "QƏLƏBƏ PLANI"NI AÇIQLADI, TƏHDİD SƏSLƏNDİRDİ: "Hər şeyi yox edəcəyik"
Bugün, 00:27 GÜNDƏM
-
Husilər Səudiyyə Ərəbistanıda 3 bölgəni vurub
Bugün, 00:19 DÜNYA
-
İranın Londondakı səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
Bugün, 00:05 DÜNYA
-
"Qalatasaray" "Barselona" ilə matça itkiylə çıxacaq - 6 futbolçu zədəlidir
Bugün, 00:05 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Lamine Yamal İstanbulda: "Ey İstanbul, gəldik..." - FOTO
12.10.2026, 23:08 İDMAN
-
İndoneziyada vulkan 900 metr yüksəkliyə püskürüb
12.10.2026, 21:32 DÜNYA
-
BŞTİ: Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır
12.10.2026, 21:21 CƏMİYYƏT
-
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi
12.10.2026, 20:27 GÜNDƏM
-
Media və Yayım Şurası bəyanat yaydı: "Trol hücumu və ölkə xaricindən vahid mərkəzdən idarə olunan..."
12.10.2026, 19:21 SİYASƏT
-
AAYDA-nın sədri və müavini yeni vəzifəyə gətirildi
12.10.2026, 19:07 İDMAN
-
Məşhur aktyordan Hülya Avşara replika: "Yeriyə bilmir..." + FOTO
12.10.2026, 18:57 ŞOU-BİZNES
-
Husilər 24 saat ərzində ikinci dəfə Ər-Riyada hücum etdi, Trampdan xəbərdarlıq gecikmədi: "Hücuma qatıla bilərik"
12.10.2026, 18:55 DÜNYA
-
Türkiyədə bir kənddə qətliam: bir nəfər 4 nəfəri güllələdi (Yenilənib)
12.10.2026, 18:46 KRİMİNAL
-
NATO ölkəsi Rusiya ilə sərhədə qoşun yığır - Müharibə təhlükəsi var?
12.10.2026, 18:18 GÜNDƏM
-
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
12.10.2026, 18:05 GÜNDƏM
-
Azərbaycan və İran DİN başçıları görüşüb - Müzakirə + FOTO
12.10.2026, 17:46 SİYASƏT
-
DSMF-dəki vəzifəsini xəstəxanaya dəyişdi - TƏBİB sədri Sənan Qəmbərli barədə əmr imzaladı
12.10.2026, 17:40 CƏMİYYƏT
-
Anar Hacıyev vəzifədən azad edilib
12.10.2026, 17:24 PRESS
-
TƏBİB-də daha bir dəyişiklik - Departament rəhbəri təyinatı oldu
12.10.2026, 17:08 CƏMİYYƏT
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
12.10.2026, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.10.2026, 17:00 İQTİSADİYYAT
-
İstanbulda kriminal dəstələrə qarşı əməliyyatlar keçirildi - 175 nəfər həbs edildi
12.10.2026, 16:52 KRİMİNAL
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
12.10.2026, 16:47 GÜNDƏM
-
Yeni hakimlər Ali Məhkəmədə and içdi - FOTOLAR
12.10.2026, 16:16 CƏMİYYƏT
-
Rusiya və Ukrayna arasında enerji atəşkəsi... - Son razılaşma nə vəd edir? (TƏHLİL)
12.10.2026, 16:01 DÜNYA
-
Paşinyan: "Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz"
12.10.2026, 16:01 SİYASƏT
-
NAXÇIVAN NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ POSTUNA ŞOK TƏYİNAT - Rəhbər vəzifəsi kimə tapşırıldı? (FOTOLAR)
12.10.2026, 15:43 SİYASƏT
-
Prezident İlham Əliyev yeni qanunları imzalayıb
12.10.2026, 15:31 GÜNDƏM
-
Prezident SOCAR-la bağlı Pay Bölgüsü Sazişini təsdiqlədi
12.10.2026, 15:30 İQTİSADİYYAT
-
DÖVLƏTİN LİBASI - KONSTİTUSİYA ƏVƏZİNƏ FƏTVA VERƏNLƏR... - Peyğəmbərimiz məktəbi məscidə, yoxsa məscidi məktəbə çevirməyi buyurub?
12.10.2026, 15:17 SİYASƏT
-
Prezident 102 tələbəyə təqaüd ayırdı - Sərəncam + SİYAHI
12.10.2026, 15:15 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sazişi təsdiqlədi
12.10.2026, 15:11 GÜNDƏM
-
Qaradağda məktəb direktorunun maşını yandırılıb
12.10.2026, 15:05 GÜNDƏM