Ehtiram Quliyev “Turan Tovuz”a 15 milyon manatdan çox pul xərcləyib, lakin... - "HÜNƏR"in sahibi susur
İDMAN
Bugün, 17:18
İki gündür ölkə futbolunun gündəmini “Turan Tovuz”un UEFA Konfrans Liqasına buraxılmama ehtimalı ilə bağlı xəbər zəbt edib. Tovuzlu azarkeşlər haqlı olaraq narahatdırlar. Komandanın 32 ildən sonra avrokuboklara vəsiqə qazandığı ildə belə bir gözlənilməz xəbərlə qarşılaşması onların da yuxusunu ərşə çəkib.
Narahıtlıqlar normaldır, uzun fasilədən sonra Tovuza böyük futbol qayıdıb, milyonlara vəsait xərclənib, sonda UEFA-nın verdiyi qərar...
Aydın məsələdir ki, şans hər nə qədər az olsa da, klub rəhbərliyi qərardan CAS-a şikayət edib. Püşkatmaya az vaxt qaldığından şikayətə baxılması üçün də prosesin sürətləndirilməsinə dair addımlar atılıb.
Amma burada əsas məsələlələrdən biri də “Turan Tovuz” rəhbərliyinin öz azarkeşlərinə qarşı biganə davranışıdır. Tovuz təmsilçisinin belə bir problemlə üzləşdiyi hər nə qədər doğru olsa da, təbii ki, inanmayanlar, bu xəbəri özünə yaxın buraxmaq istəməyənlər də var.
Xitab24.az yazdığı bu xəbərdən hər nə qədər əmin olsa da, azarkeşlərin məsələyə inanmamaqla bağlı düşüncələrini onların seçiminə buraxır.
Təbii ki, biz də istəyərdik ki, Tovuz təmsilçisinin yeni mövsüm öncəsi transferlərindən, klubun daha da inkişafı üçün atılan adımlarla bağlı xəbərlər yazaq və s. Onu da nəzərə almaq lazımdır ki, medianın işi xəbər yazmaqdır və bu informasiyalar heç də hər zaman hamını xoşbəxt etməyə bilir.
Əgər ortada belə bir ciddi xəbər varsa və bəziləri düşünür ki, bu, yanlış informasiyadır, o zaman kluba 15 milyon manatdan çox pul xərclədiyi deyilən Ehtiram Quliyev və onun komandası çoxdan bu informasiyanı yalanlamışdı.
Amma iki gündür ki, heç kimin çıxıb ciddi (!) açıqlama verməyə, azarkeşlərin ürəyini sərinləndirəcək fikri bildirməyə HÜNƏRi çatmır.
Klub rəsmiləri tərəfindən verilən açıqlama sadəcə, şablondan, bəlkə də “ChatGPT”dən öyrənilmiş cümlədən ibarətdir:
“Turan Tovuz”un avrokuboklara buraxılmayacağı ilə bağlı UEFA-dan hər hansı məlumat daxil olmayıb”.
Ortada bir məlumat yoxdursa, o zaman CAS-a şikayət edən kimlərdir?
Ümumiyyətlə, necə olub ki, kluba milyonlar xərcləyən Ehtiram Quliyevin belə bir ciddi problemdən xəbəri olmayıb?
UEFA-nın o zaman göndərdiyi məktubu kim gözardı edib?
Necə olur ki, hətta AFFA rəhbərliyinin də, yaranan problemdən xəbəri var, amma “Turan Tovuz” rəsmiləri çıxıb deyir ki, UEFA-dan bizə məlumat daxil olmayıb-filan...
Bəs, necə olur ki, UEFA nümayəndələri Tovuz Şəhər Stadionunu təftişə gəlir, amma sonra qərar çıxır ki, 2019-cu ildəki oyun alverinə görə avrokuboklara buraxılmırsınız!
Bütün bu sualların cavabı birbaşa klubun rəhbəri Ehtiram Quliyevin özündədir. Təbii ki, o da bu sualların cavabını bilirsə, ona klubdakı dost-tanışları, adamları doğru məlumat çatdırıbsa...
Necə olur ki, hakim haqsızlığı ilə üzləşən kimi Ehtiram Quliyev azarkeşləri susmamağa, onları bu məsələyə reaksiya bildirməyə dəvət edir, amma fanatların narahat olduğu durumda skandala münasibət göstərmir.
Başqalarına suyu hansı formada içməsi ilə bağlı tövsiyələrini verən Ehtiram Quliyevin indi özü ağzına su alıb susub. Danışmaq vaxtıdır, cənablar! Onsuz da ya zəlzələdən, ya da vəlvələdən sizin arzulamayacağınız şəkildə bu xəbər üzə çıxıb. Azarkeşlər narahatdırlar...
Emin Səfərov,
Xitab24.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şəhidin xanımı öldürüldü - Qayınatası saxlanıldı
Bugün, 18:57 KRİMİNAL
-
Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat: 4 nəfər saxlanılıb
Bugün, 18:18 KRİMİNAL
-
Elçin Quliyev iranlı generalla sərhəddə nələri müzakirə edib? - Açıqlama + FOTO
Bugün, 18:04 SİYASƏT
-
“Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib - FOTOLAR
Bugün, 17:47 CƏMİYYƏT
-
“Selçuksports”un sahibi tutuldu – 3 orqanın birgə əməliyyatı ilə...
Bugün, 17:39 PRESS
-
RƏSMİ TEHRAN DÜNYANI TƏDİRGİN ETDİ: “ABŞ-la danışıqları dayandırdıq”
Bugün, 17:38 GÜNDƏM
-
Rəsmi Ankara Livana hücuma etiraz edir - BƏYANAT
Bugün, 17:32 DÜNYA
-
Sahibə Qafarova Serbiyaya gedib
Bugün, 17:24 GÜNDƏM
-
Ehtiram Quliyev “Turan Tovuz”a 15 milyon manatdan çox pul xərcləyib, lakin... - "HÜNƏR"in sahibi susur
Bugün, 17:18 İDMAN
-
Film layihələri üzrə müsabiqəyə qəbul başlayıb
Bugün, 17:12 MƏDƏNİYYƏT
-
Redaktor aparıcı qadına “sataşdı” - Canlı yayımda skandal + FOTO
Bugün, 17:07 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 16:49 GÜNDƏM
-
Kadr islahatları: kimlər postunu itirəcək?
Bugün, 16:40 SİYASƏT
-
“Əgər seçilərəmsə...” – Məşhur məşqçi İstanbula gələcək?
Bugün, 16:35 İDMAN
-
Qarabağ Regional Təhsil İdarəsi və Füzuli təhsilində dərəbəylikdir - Keçmiş direktor elə sözlər dedi ki...
Bugün, 16:35 CƏMİYYƏT
-
Bakı–Tbilisi–Qars dəmir yolu xətti sabah istifadəyə veriləcək
Bugün, 16:22 GÜNDƏM
-
Prezident İlham Əliyev Bakı Enerji Həftəsində - Mühüm mesajlar verildi + FOTOLAR (YENİLƏNİİB)
Bugün, 16:08 GÜNDƏM
-
Vahid Ələkbərovun varisinin nə qədər varidatı var? - Yeni rəqəmlər açıqlandı
Bugün, 16:05 İQTİSADİYYAT
-
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bugün, 15:59 CƏMİYYƏT
-
ABŞ Dövlət katibinin köməkçisi Bakıda - Prezidentlə görüş oldu + FOTOLAR (Yenilənb)
Bugün, 15:54 GÜNDƏM
-
General-mayor Əlimusa Əliyev vəfat edib
Bugün, 15:34 CƏMİYYƏT
-
184 dərman vasitəsinin qiyməti bahalaşdı - Qərar + SİYAHI
Bugün, 15:23 İQTİSADİYYAT
-
Özgür Özəlin parlamentdə çıxış etməsinə blok qoyulub? – Açıqlama
Bugün, 15:18 DÜNYA
-
PULLU YOLLAR: Ödəniş məbləğləri təsdiqləndi - DETALLAR
Bugün, 15:06 GÜNDƏM
-
Prezident Quba ilə bağlı sərəncam imzaladı - Dəyişiklik
Bugün, 14:58 GÜNDƏM
-
Prezident İlham Əliyev Qurban Səidoviç Qurbanovu təltif edb - Sərəncam
Bugün, 14:50 GÜNDƏM
-
"Ermənistanda 7 iyun seçkilərindən sonra güc yolu ilə..." - Aslan İsmayılov Rusiyanın artan təhdidinə maraqlı şərh verdi
Bugün, 14:50 SİYASƏT
-
İsrail Livanda işğalı genişləndirir – Strateji qüllə də ələ keçirildi
Bugün, 14:32 DÜNYA
-
Paşinyan: “Azərbaycan və Türkiyə ilə münasibətlər bizə yeni fürsətlər yaradacaq”
Bugün, 14:25 SİYASƏT
-
"Qızları başa düşdük, amma oğlanlar da kasıb qızlarla evlənmək istəmirlər"
Bugün, 14:09 ŞOU-BİZNES
-
İlham Əliyev Donald Trampa təşəkkür etdi: "Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və..."
Bugün, 14:02 GÜNDƏM
-
"Araz-Naxçıvan" daha iki futbolçusu ilə anlaşıb
Bugün, 13:58 İDMAN
-
İmamoğlu Kılıçdaroğlunu rüsvay elədi, Ərdoğanı çevrilişdə ittiham etdi - Yeni siyasi gücün siqnalı verildi
Bugün, 13:25 SİYASƏT