Rəsmi Ankara Livana hücuma etiraz edir - BƏYANAT

Rəsmi Ankara Livana hücuma etiraz edir - BƏYANAT

DÜNYA

Bugün, 17:32

Türkiyə İsrailin Livanda işğal planını genişləndirməsinə etiraz edən bəyanat yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, XİN-in bəyanatında İsralin hücumu qətiyyətlə pislənilib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, Netanyahu hökumətinin Livan xalqını yerlərində didərgin salması beynəlxalq hüququn kobud pozuntusu və təcavüzdür: "Biz İsrailin Livanda işğalını genişləndirməsini qətiyyətlə pisləyirik. Aydındır ki, Netanyahu hökuməti Qəzzada etdiyi kimi, Livandakı işğal olunmuş əraziləri yaşayış üçün yararsız hala gətirməyi və Livan xalqını daimi köçkünlüyə məcbur etməyi hədəfləyib. Bu isə bölgədəki humanitar böhranı daha da dərinləşdirib. İsrail özünün ekspansionist və təcavüzkar siyasəti ilə regionda sülh və sabitliyin təmin edilməsini hədəfləyir və humanitar vəziyyəti daha da gərginləşdirir. Beynəlxalq ictimaiyyət, xüsusən də BMT Təhlükəsizlik Şurası, İsrailin Livana hücumlarına və işğalına son qoymaq üçün dərhal konkret addımlar atmalıdır”.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR