Kadr islahatları: kimlər postunu itirəcək?

Kadr islahatları: kimlər postunu itirəcək? 

SİYASƏT

Bugün, 16:40

Son dövrlərdə ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi və daha effektiv idarəetmə modelinə keçid istiqamətində müzakirələr yenidən aktuallaşıb. Kadr islahatlarının başlayacağı və bu prosesin bir sıra nazirlik və dövlət qurumlarını əhatə edəcəyi iddia olunur.

İslahatların təkcə struktur dəyişiklikləri ilə məhdudlaşmayacağı, bir sıra nazirlik və dövlət qurumlarında rəhbər və orta idarəetmə səviyyəsində yenilənmələrin də olacağı gözlənilir. 

MİA.az xəbər verir ki, xüsusilə sosial və mədəniyyət sahələrinə cavabdeh olan nazirliklərdə yeni yanaşmaların tətbiqi zərurətə çevrilib. Bu dəyişikliklərin məqsədi idarəetmədə çevikliyi artırmaq, qərarların icra sürətini və rəqəmsal idarəetməyə keçidi sürətləndirməkdir.

Təhsil sistemində repetitorluğun geniş yayılması, bəzi məktəblərdə nizam-intizamla bağlı problemlər və ayrı-ayrı neqativ hallarla bağlı iddialar ictimai diskussiyalarda yer alır. Bu səbəbdən təhsil sahəsində idarəetmənin gücləndirilməsi və kadr potensialının yenilənməsi zərurəti vurğulanır. 

Eyni zamanda, mədəniyyət və səhiyyə kimi strateji sahələrdə də kadr potensialının gücləndirilməsi istiqamətində addımların atılması istisna edilmir. 

Qeyd edək ki, Mədəniyyət Nazirliyi ilə bağlı tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri tərəfindən vaxtaşırı narazılıqlar səsləndirilir. Sektorun idarə olunması, layihələrin icrası və mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı tez-tez iradlar irəli sürülür. Tənqidlər bu sahədə daha çevik və səmərəli idarəetmə modelinə ehtiyac olduğunu göstərir.

Səhiyyə Nazirliyi və TƏBİB xətti üzrə isə səhiyyə sistemində ikili idarəetmə modelinin mövcudluğu müzakirə edilən əsas məsələlərdən biridir. Xəstəxanalarda xidmət keyfiyyəti, vətəndaş məmnuniyyəti və resursların idarə olunması ilə bağlı narazılıqlar vaxtaşırı gündəmə gəlir və dəyişiklikləri qaçılmaz edir. 

Kimlərin karyera pillələrində irəliləyəcəyini, kimlərin isə postunu itirəcəyini zaman göstərəcək.

F.Səfərli

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR