Qaradağ İH-də əməliyyat... - Dövlət Xidmətinin saxlanılan əməkdaşı həbsdən buraxıldı
KRİMİNAL
01.06.2026, 10:41
Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri ilə birgə həbs olunan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin sabiq rəis müavini Zülfüqar Mansurov həbsdən azad edilib.
Bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.
Qərara əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar ləğv olunub, Zülfüqar Mansurov həbsdən azad edilib, cinayət işi ibtidai istintaqa qaytarılıb.
Qeyd edək ki, o, 2025-ci ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub.
Baş Prokurorluğun məlumatına görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Qaradağ rayon icra başçısının sabiq müavini Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib/Report
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tramp İranln hücumunu təsdiqlədi - Cavabımız ağöır olacaq
Bugün, 20:47 GÜNDƏM
-
Naxçıvan Televiziyasının sabiq sədri vəzifəyə təyin olunub
Bugün, 20:38 PRESS
-
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
Bugün, 20:01 GÜNDƏM
-
Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verildi - Prezident fərman imzaladı
Bugün, 19:32 İQTİSADİYYAT
-
Əhliman Əmiraslanov Ağsaqqallar Şurası sədrinin birinci müavini, onlar isə... - SİYAHI
Bugün, 18:51 SİYASƏT
-
“BakıKart” kartlarının satış qiyməti qalxır
Bugün, 18:19 GÜNDƏM
-
Məşhur gecə klubunda dava - Mühafizəçilər həbs edildi
Bugün, 18:01 KRİMİNAL
-
"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" təsdiqlənib
Bugün, 17:59 GÜNDƏM
-
Polis əməliyyatı: bir qadın və kişi 72 kq narkotiklə saxlanıldı
Bugün, 17:32 KRİMİNAL
-
“BakuBus” dövriyyəsinin 40%-ə yaxınını büdcədən alır və bir avtobus aya 36 min manat yığırsa..." - Partiya sədri hesabat istəyir
Bugün, 17:18 İQTİSADİYYAT
-
Sabah Goranboy və Masallının bəzi kəndlərində qaz olmayacaq
Bugün, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İsrail Livanı yenə vurdu – Yaralılar var
Bugün, 16:49 DÜNYA
-
Baş nazir Əli Əsədov qərar imzalayıb
Bugün, 16:44 CƏMİYYƏT
-
Bu kollecə direktor təyin edilib
Bugün, 16:31 CƏMİYYƏT
-
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik olunub
Bugün, 16:30 CƏMİYYƏT
-
"Turan Tovuz" Şəhriyar Əliyevlə yollarını ayırb
Bugün, 16:16 İDMAN
-
Ərdoğan: “Türkiyə başqalarının ssenarilərində rol alan ölkə deyil”
Bugün, 16:07 GÜNDƏM
-
"Azercell" müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Bugün, 16:00 İQTİSADİYYAT
-
DEPUTATLAR TOPLANIR: 10 məsələ müzakirə olunacaq - SİYAHI
Bugün, 15:45 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu Özgür və tərəfdarlarına "barmaq silkələyib": "Kirlənənlərin hamısını kəsib atacam" - VİDEO
Bugün, 15:34 SİYASƏT
-
Türkan Şorayın qızı “narkoman” olmadığını deyir: “Lazım gəlsə…” – FOTO
Bugün, 15:33 ŞOU-BİZNES
-
Hikmət Hacıyev bu məlumatı paylaşdı
Bugün, 15:24 SİYASƏT
-
AAYDA-da yoxlama genişlənib
Bugün, 15:14 GÜNDƏM
-
Dünya Millətlər Kuboku: 13 boksçumuz qatılacaq
Bugün, 15:06 İDMAN
-
“Qalatasaray” "Yuventus"un hücumçusunu istəyir - İllik 10 milyon maaş + 5 milyon avro bonus
Bugün, 15:01 İDMAN
-
Əli Kəriminin 3 mərtəbəli villası müsadirə olundu
Bugün, 14:58 İDMAN
-
Haqqın.az saytına yeni rəhbər təyin edilib - O, kimdir? (AÇIQLAMA)
Bugün, 14:25 PRESS
-
Baş nazirin sabiq müavini komendatla dalaşıb - O, xuliqanlıq maddəsiylə saxlanılıb və... (Yenilənib)
Bugün, 14:25 CƏMİYYƏT
-
Mansur Yavaş mövqeyni yenilədi - Özgür Özəllə Manisaya gedir
Bugün, 14:08 DÜNYA
-
İcra başçısına sui-qəsd işi üzrə məhkəmə... - Şikayət rədd olundu
Bugün, 13:49 KRİMİNAL
-
Sahil Babayevdən neftin qiyməti ilə bağlı mühüm - AÇIQLAMA
Bugün, 13:29 İQTİSADİYYAT
-
Belçika Müdafiə naziri Fransa və Almaniya liderlərini ələ saldı: “Avropa Ordusu ideyası acı sonluqla bitdi”
Bugün, 13:19 GÜNDƏM
-
“Qalatasaray”ın hücumçusu sevgilisinin çılpaq şəkilini paylaşdı – FOTOLAR
Bugün, 13:10 ŞOU-BİZNES