Ali Koç İspaniya klubunu satın alır

Ali Koç İspaniya klubunu satın alır  

İDMAN

Bugün, 09:01

Koç şirkətinin sahibi, “Fənərbağça”nın keçmiş prezidenti Ali Koç İspaniyanın “Sevilya” klubunu satın alır.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, hazırda kluba “nəzarət səhm paketi”nin alqı-satqısı ilə bağlı danışıqlar müsbət atmosferdə gedir.

Məlumata görə, danışıqlarda alqı-satqı məbləği də təxminən bəlli olub: “Təxminən 150 milyon avroluq start təkliflər danışıqlar gedir.”

Hələlik tərəflər rəsmi açıqlama verməsə də, prosesin bu ay içində yekunlaşacağı gözlənilir.

Xatırladaq ki, Avropa Liqasındakı uğurları ilə seçilən “Sevilya”da hazırda ciddi maliyyə böhranı yaranıb.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR