“Əgər seçilərəmsə...” – Məşhur məşqçi İstanbula gələcək?  

“Əgər seçilərəmsə...” – Məşhur məşqçi İstanbula gələcək?  

İDMAN

Bugün, 16:35

"Fənərbaxça" prezidentliyinə namizədlik yarışında Əziz Yıldırımla yarışan  Hakan Safin "Napoli"dən ayrılan məşhur məşqçi Antonio Konte ilə yenə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, klub prezidenti seçiləcəyi təqdirdə, Antonio Konteni komandanın sükanı arxasına keçirəcəyini açıqlayıb.

"Yuventus", "Çelsi", "İnter" və "Napoli" kimi nəhəng klubları çalışdıran Kontenin "Fənərbaxça"ya gəlib-gəlməyəcəyi isə bəll deyil. Lakin Hakan Safi onu razı salacağını iddia edir.

Xatırladaq ki, Antonio Konte 2024-cü ilin yayında "Napoli"nin başına keçib. O, ötən mövsüm çempionluğu qazanıb.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR